Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2151/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum X1 bacısıdır. Fərzəli Fərzəliyev xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur.
2. Bakı şəhəri Təcili və X3 Stansiyası PHŞ-nin 7 saylı Yardımçı stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 09:09 radələrində ünvan 1 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.
3. Ərizəçi qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 30 nömrəli Ambulatoriyasına müraciət etsə də, ölüm haqqında şəhadətnamənin, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” mərkəzinsə Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-56- /2025 saylı məktubu ilə ərizəçinin qardaşının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1960-cı il tarixdə doğulmuş qardaşı X1 xx.xx.2025-ci tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum qardaşı X4 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, F.Allahverdiyev küçəsi, ev-14 də ailəsi ilə birlikdə yaşayırdı. Mərhum qardaşı X4 qara-ciyər serrozu xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2025-ci ildə yaşadığı ünvanda vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırmış və həkim gələnədək mərhum qardaşı X4 artıq yaşadığı evdə ölmüşdü. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. Həmin arayışı yaşadıqları 6 saylı Bakı Asan Xidmət X5 ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, ölüm kağızı verməmişlər və imtina etmişlər. Mərhum qardaşı X4 xx.xx.2025-ci ildə vəfat etmiş və Bakı şəhəri Sabunçu rayon Şəhriyar qəbrsanlığında dəfn olunmuşdur.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidməti” mərkəzi Qeydiyyat məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, Fərzəli Fərzəliyev qara ciyər serrozundan əziyyət çəkirdi, xx.xx.2025-ci il tarixdə səhəe vaxtlarında vəfat etmişdir. Fərzəli Fərzəliyev vəfat etdikdə o da yanında idi.
10. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, Fərzəli Fərzəliyevin arvadıdır, o beş ildir ki xəstə idi. O, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2025-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2025-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı