Məhkəmə qərarları › İş №2(011)-2152/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2152/2025

24.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2152/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs2 ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6/2024-00883 saylı barışıq sazişinin xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs2 hər ay aylıq əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutularaq Ərizəçi verilməsi hissəsində təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəmədə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin ərizəyə dair münasibəti: Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli MŞB/6/2024-00883 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar:

4. Maraqlı şəxs2 birgə nikahdan doğulan xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün barışıq sazişi imzalanan tarixdən başlayaraq hər ay əmək haqqından vergi, məcburi dövlət sosial sığorta, tibbi sığorta (kredit borcu və digər öhdəliklər istisna olmaqla) çıxıldıqdan sonra qalan məbləğin 1/4 hissəsi miqdarında alimenti Azərbaycan manatı şəklində Ərizəçi öz adına açacağı hesaba ödəyir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli MŞB/6/2024-00883 saylı barışıq sazişinin 4-cü bəndinin məzmunun təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin həmin hissədə təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı Abzərov X2 Sazişinin müvafiq hissəsi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişinin aşağıda göstərilən hissəsi məhkəmə tərəfindən təsdiq edilməlidir: - Maraqlı şəxs2 birgə nikahdan doğulan xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün barışıq sazişi imzalanan tarixdən başlayaraq hər ay əmək haqqından vergi, məcburi dövlət sosial sığorta, tibbi sığorta (kredit borcu və digər öhdəliklər istisna olmaqla) çıxıldıqdan sonra qalan məbləğin 1/4 hissəsi miqdarında alimenti Azərbaycan manatı şəklində Ərizəçi öz adına açacağı hesaba ödəyir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6/2024-00883 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Maraqlı şəxs2 birgə nikahdan doğulan xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün barışıq sazişi imzalanan tarixdən başlayaraq hər ay əmək haqqından vergi, məcburi dövlət sosial sığorta, tibbi sığorta (kredit borcu və digər öhdəliklər istisna olmaqla) çıxıldıqdan sonra qalan məbləğin 1/4 hissəsi miqdarında alimenti Azərbaycan manatı şəklində Ərizəçi öz adına açacağı hesaba ödəyir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar