Məhkəmə qərarları › İş №2(011)-2155/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2155/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2155/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası XX.XX.1935-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası XX.XX.1935-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, vəfat etdiyi gün xx.xx.2024-cü il tarixdə Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Hazırda vərəsəliyin müəyyənləşdirilməsi, dəfn pulunun alınması üçün anası X2 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamə alınması üçün 6 saylı Bakı “Asan Xidmət” X3nə müraciət etmiş, lakin, mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X3 məhkəməyə ərizə yazaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 XX.XX.1935-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, ünvan 1 ünvanında X2 həkimə qədər ölümü müəyyən edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X14 Zığ Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 hər hansı bir xəstəliklə Zığ Sağlamlıq Mərkəzinə müraciət etməmiş, heç bir zaman qeydiyyatda olmamışdır. Ona görə də Forma 106 verilməsi imkan xaricindədir. Bakı şəhəri Sabunçu Rayonu Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli Arayışdan görünür ki, X7 xx.xx.2024-cü il tarixində vəfat etmiş və Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. X1 qəbir daşı əks olunmuşdur. 6 saylı Bakı “Asan Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X2 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün deyildir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan Ərizəçi anası X4 vəfat edən günə kimi saxlamış, vəfatından sonra dəfn xərclərini özü ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur, eyni zamanda onların evində bir vaxtlar kirayə qaldıqlarından ailəni yaxşı tanımışdır, xx.xx.2024-cü il tarixdə ərizəçinin digər qızı zəng edib nənəsi X5 vəfat etdiyini bildirmişdir, mərhumun yasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi məxsus evdə kirayəçin yaşadığından ailəni yaxşı tanıyır, xx.xx.2024-cü il tarixdə Roza xanımın anası Əminə Əliyevanın vəfat etdiyini eşitmiş, yas yerində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə XX.XX.1935-ci il təvəllüdlü, Ermənistan Respublikasında anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. XX.XX.1935-ci il təvəllüdlü, Ermənistan Respublikasında anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar