Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2159/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, ərizəçinin babası X20 1878-ci ildə anadan olmuş, 1955-ci ildə vəfat etmişdir. O, Abşeron rayonu, Fatmai kəndində yerləşən qəbiristanlığında dəfn edilmişdir. İndiyə qədər babasına ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin atası X7 04 yanvar 1974-cü ildə vəfat etmişdir. Ərizəçinin anası X17 12 sentyabr 1990-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin 4263 saylı xx.xx.2007-ci il tarixli arxiv arayışına əsasən ərizəçinin babası Müseyibin Fatmayı kəndində torpaq sahəsi ilə birlikdə evi olmuşdur və o, ölənə kimi həmin evdə yaşamışdır. Abşeron rayon qeydiyyat şöbəsinin 17 dekabr 2024-cü il tarixli, 3-16-5/8-69-3187/2024-cü il tarixli arayışına əsasən ərizəçinin babası Müseyib Nurməmməd oğlunun ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin 28 dekabr 2024-cü il tarixli məktubuna əsasən ərizəçinin babası X1 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. Hazırda ərizəçinin babası Müseyibin əmlakı ilə bağlı hüquqlarının əmələ gəlməsi səbəbindən məhkəməyə ərizəsi ilə müraciət edir və babasının ölüm faktının təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 1878-ci il təvəllüdlü X1 1955-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahid ifadəsinə və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi verilmiş 2 nömrəli, 16 may 2006-cı il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Fatmayı kəndinin kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunmuşdur: Nur X8 – 42 yaş, onun oğlanları: X12 -16 yaş, X13-14 yaş, X20 -8 yaş. Onların Fatmayı kəndində sahəsi 972 kv.sajına ( 1 kv.sajın=4,550 kv.m) bərabər olan torpaq sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi verilmiş 70 nömrəli, 06 mart 2012-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Fatmai kəndinin sənədlərində X28 doğum tarixinə dair məlumat aşkar olunmuş, doğum tarixi – 27 aprel 1907-ci il, valideynləri: atası – Müseyib Nurməmməd oğlu, anası – Ətirxanım Əbdül qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən X9 verilmiş Bakı şəhəri ZDS İcraiyyə Komitəsinin Torpaq şöbəsinin arxiv fondunun sənədlərinə əsasən, Maştağa rayonu Fatmayı kənd sakini X3 adında, 11 avqust 1939-cu il tarixdə Fatmayı kəndində 0,45 ha torpaq sahəsi olmuşdur. Bu torpaq sahəsinin 0,01 ha yaşayış tikililəri altında 0,03 ha evlə birlikdə həyətyanı sahə, 0,42 ha evdən kənarda yerləşirdi. İş materiallarında olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X7, anası X11. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 mart 2012-ci il tarixli, 113 nömrəli arayışın surətindən görünür ki, X7 04 yanvar 1974-cü ildə ölmüşdür. Ölüm haqqında 06 fevral 1974-cü il tarixli 233 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 aprel 2012-ci il tarixli, 576 nömrəli arayışın surətindən görünür ki, X17 12 sentyabr 1990-cı ildə ölmüşdür. Ölüm haqqında 08 yanvar 1991-ci il tarixli 23 nömrəli akt qeydi tərtib olunmuşdur İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli. 3-16-5/8-69-3187/2024 saylı arayışın surətindən görünür ki, X5 barəsində Abşeron rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Abşeron rayon, Fatmayı kənd icra nümayəndəliyində 1949-1958-ci illərə dair və Abşeron rayon Qeydiyyat şöbəsində 1949-1958-ci illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış 28 dekabr 2024-cü il tarixli, 3- 16-5/8-15xx-xx/2024 saylı məktubdan görünür ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi etibarnamə üzrə təmsil etdiyi X2 babası X1 ölümün qeydə alınması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1.,8.2. və 8.3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.” Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqdda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X1 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan qəbiristanlıqdan olan fotoşəkildən görünür ki, X10 1878-ci il tarixdə anadan olmuş, 1955-ci il tarixdə vəfat etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, 2010cu ildə atası Ağateymur rəhmətə gedəndən sonra Fatmai kəndində Hacıheybət məscidində axund olmuşdur. Ondan əvvəl atası Ağateymur kəndin axundu olmuşdur. Ərizəçi Müseyib Əlizadənin atası Əlisahib sağ olanda atası Müseyib Əliyev üçün axund Ağateymura yasin oxutdurardır. Əlisahib rəhmətə getdikdən sonra ərizəçi Müseyib öz babası üçün vaxtaşırı ona yasin oxutdurur. X25 1955-ci ildə qədim Əlbeyti qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 1878-ci il təvəllüdlü X1 1955-ci ildə Fatmayı kəndində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadəsi vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1878-ci il təvəllüdlü X1 1955-ci ildə Fatmayı kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2159/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2159/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver