Məhkəmə qərarları › İş №2(011)-2197/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2197/2024

09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2197/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X2 övladıdır. Etibar Əsgərov xx.xx.1963-cü il tarixdə Naxçıvan MR-nin Naxçıvan şəhərində doğulmuşdur.

2. AR SN Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışa (Epikriz) əsasən (giriş tarixi xx.xx.2023 – çıxış tarixi xx.xx.2023) Etibar Əsgərova C34.3- Bronxların və ya ağ ciyərin aşağı payının bədxassəli yenitörəməsi cT4N1M0 mərhələ İİİ əsas diaqnozu təyin edilmişdir.

3. Bakı şəhəri Təcili və X4 Stansiyası PHŞ-nin 7 saylı Yardımçı stansiyasının sahə həkimi tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi, 30/1D X3 müayinəsi aparılmışdır.

4. X1 qəsəbəsi, Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur (Bakı şəhəri Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 51 saylı Arayışı).

5. Ərizəçi atasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 7 nömrəli Poliklinikasının xx.xx.2024-cü il tarixli, arayışla X2 vəfat etdiyi vaxt ailə üzvlərinin TTYS-yə müraciət etmədiklərindən ölüm haqqında tibbi şəhadətnamənin (106 nömrəli forma), verilməsindən, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15- Ə-15-1830 saylı məktubu ilə ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

6. Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuş atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum X7 xx.xx.1963-cü il tarixdə Naxçıvan MR-nin Naxçıvan şəhərində anadan olmuşdurr. O, xx.xx.2023-cü il tarixdə onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün yaşadığı ünvanda vəfat etmişdir. Onun vəfat etdiyi gün Bakı şəhəri Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün atasının adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

10. Maraqlı şəxs Bakı şəhər Xətai rayon Qeydiyyat məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçinin xalasıdır. Etibar Əsgərov bir müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. Keçən ilin qış aylarında gecə radələrində bacısı ona zəng edərək Etibarın vəziyyətinin yaxşı olmadığını bildirib. O, oğlu Ruslanla birlikdə gedəndə Etibar artıq vəfat etmişdi. Təcili yardım da çağırılmışdı, onlar bildirdilər ki, artıq vəfat edib.

12. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçi onun xalasının oğludur. X8koloji xəstəlikdən əziyyət çəkirdi təxminən 2023-cü ilin qış aylarında həmin xəstəlikdən ölmüşdür. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

14. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

16. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

18. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X2 xx.xx.2023-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

20. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2023-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. X2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar