Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2199/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İHakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil , Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında inşa olunaraq tikintisi başa çatmış yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv/m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında iddiaçının həmin yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləinin icra edilərək həmin daşınmaz əmlakın onun sahibliyinə və istifadəsinə verilməsi, eləcə də ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında inşa olunaraq tikintisi başa çatmış yüksək mərtəbəli binanın “A4” blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv/m olan qeyriyaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında iddiaçının həmin yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləinin icra edilərək həmin daşınmaz əmlakın onun sahibliyinə və istifadəsinə verilməsi, eləcə də ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2199/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2199/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver