Məhkəmə qərarları › İş №2(011)-2224/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2224/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2224/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının məyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində cəlb etdiyi xx.xx.1962-ci il tarixdə doğulmuş X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X8 xx.xx.1962-ciil tarixdə Yardımlı rayonunda anadan olmuşdur. O, xx.xx.2020-ci il tarixdə qəflətən Ceyranbatan qəsəbəsində vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdi, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum yoldaşı X3 adına ölüm haqqında şəhadətnamə verilməlidi. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Yardımlı rayonu, Zəngələ kəndində anadan olmuşdur (AZE 13024881 nömrəli Şəxsiyyət vəsiqəsi, АЗ seriyalı, 096837 nömrəli Doğum haqqında Şəhadətnamənin surəti). Bakı şəhəri X14 Stansiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, həqiqətən xx.xx.2021-ci il tarixdə saat 09:15-də X4 meyidi aşkar edilmişdir. Mülki iş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və X7 X1 görünür ki, xx.xx.2020-ci il tarixdə saat 04:50-də Ceyranbatan qəsəbəsi. Yeni Məhəllə ünvanında X3 meyiti aşkar edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 38 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 248 nömrəli arayışa əsasən “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, Bakı şəhəri, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ünvanında yaşamış xx.xx.1962-ci il təvəllüdlü X5 ölüm haqqında sənəd verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 3106-05/15saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyildir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 01 nömrəli, xx.xx.2021-ci nömrəli arayış əsasında müəyyən edilmişdir ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Sumqayıt Şəhər Qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Mərhum qonşusu qəflətən xx.xx.2021-ci il tarixində vəfat etmişdir. X2 dəfn mərasimində iştirak etmişdir. Mərhum Bərdə rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn edilmişdir. Onun yas məclisi evlərində keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Mərhum qonşusu qəflətən xx.xx.2021-ci il tarixində vəfat etmişdir. X2 dəfn mərasimində iştirak etmişdir. Mərhum Bərdə rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn edilmişdir. Onun yas məclisi evlərində keçirilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X3 xx.xx.2020ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Yardımlı rayonu, Zəngələ kəndində anadan olmuş X3 xx.xx.2020-ci il tarixində Ceyranbatan qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar