Məhkəmə qərarları › İş №2(011)-2230/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2230/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2230/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Omar Xəlilova və Amail Xəlilovaya qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Omar Xəlilova və Amail Xəlilovaya qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Omar Xəlilovdan müştərək qaydada iddiaçının xeyrinə 29.01.2020-ci il tarixli, 3- MGZ2-1-0-40-20 saylı kredit müqaviləsi üzrə 4243,49 manat əsas borc, 288,04 manat faiz borcu və 23,98 manat cərimə borcu olmaqla, cəmi 4555,51 manat borcun, 65,56 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehlər Omar Xəlilovun və Amail Xəlilovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,79 kv.m olan 5 otaqlı 29 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzil satıldıqdan satıldıqdan 1 ay sonra cavabdehlər Omar Xəlilovun, Amail Xəlilovanın və digər şəxslərin istifadə hüquqları itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları, mənzilin boşaldıaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 29.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin 3 saylı filialından illik 25%-İə 18 ay müddətinə 8500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 və Omar Xəlilov ilə 29.01.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış 21.07.2020-ci il tarixli və 24.12.2020-ci il tarixli əlavə sazişlərə əsasən kreditin qalıq məbləği kapitallaşdırılmaqla, 6945,75 manat təşkil etmiş və kreditin müddəti 29.01.2022-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Omar Xəlilovun və Amail Xəlilovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,79 kv.m olan 5 otaqlı 29 saylı mənzil 29.01.2020-ci il tarixli ipoteka müqaviləsi və 24.12.2020-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişlə yüklü edilmişdir. 14.01.2022-ci il tarixinə Cavabdeh1 kredit müqaviləsi üzrə banka 4243,49 manat əsas borc, 288,04 manat faiz borcu və 23,98 manat cərimə borcu olmaqla, cəmi 4555,51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 oiğlu iddia tələblərini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, pandemiya ilə bağlı maliyyə vəziyyətində yaranmış problemlərlə bağlı kredit borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40- 20 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana 18 ay müddətinə illik 25% olmaqla 8500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.07.2020-ci il tarixli və 24.12.2020-ci il tarixli əlavə sazişlərə əsasən kreditin qalıq məbləği kapitallaşdırılmaqla, 6945,75 manat təşkil etmiş və kreditin müddəti 29.01.2022-ci il tarixinədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 və Omar Xəlilov arasında bağlanmış 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40-20 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Omar Xəlilov və Amail Xəlilova arasında bağlanmış 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40-20 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,79 kv.m olan 5 otaqlı 29 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən 29.12.2020-ci il tarixli çıxarış verilmişdir. 11.01.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İpoteka saxlayan tərəfindən 11.01.2021-ci il tarixdə ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 14.01.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- də qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40-20 saylı kredit müqaviləsi üzrə borcu 4243,49 manat əsas borc, 288,04 manat faiz borcu və 23,98 manat cərimə borcu olmaqla, cəmi 4555,51 manat təşkil edir. 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40-20 saylı ipoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,79 kv.m olan 5 otaqlı 29 saylı mənzilin bazar dəyəri tərəflərin razılığı ilə 110000 manat, 9.4-cü bəndinə görə isə ilkin satış qiyməti 66000 məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh1 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40-20 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4243,49 manat əsas borc, 288,04 manat faiz borcu və 23,98 manat cərimə borcu olmaqla, cəmi 4555,51 manat borcunun qalması, digər cavabdehlərin zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərlərinə götürməsi, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə və mənzilin boşaldılmasına dair hissələrdə təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin və digər şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan İddiaçı ASC-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Omar Xəlilovdan müştərək qaydada 29.01.2020-ci il tarixli, 3-MGZ2-1-0-40-20 saylı kredit müqaviləsi üzrə 4243,49 manat əsas borc, 288,04 manat faiz borcu və 23,98 manat cərimə borcu olmaqla, cəmi 4555,51 (dörd min beş yüz əlli beş manat 51 qəpik) manat məbləğində borc və 105,56 (yüz beş manat 56 qəpik) manat məhkəmə xərcləri İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, cavabdehlər Omar Xəlilovun və Amail Xəlilovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,79 kv.m olan 5 otaqlı 29 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 66000 (altmış altı min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada icra edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97,79 kv.m olan 5 otaqlı 29 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər Omar Xəlilov və Amail Xəlilova mənzildən çıxarılsın və mənzil boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar