Məhkəmə qərarları › İş №2(011)-2238/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2238/2023

13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2238/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1972-ci il təvəllüdlü qardaşım X6 xx.xx.2023-ci il tarixində ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X10 xx.xx.1972-ci ildə anadan olmuşdur. Belə ki, qardaşı dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X8 Stansiyasını çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişlər. Lakin Təcili və X8 Stansiyası gəldikdə qardaşı artıq dünyasını dəyişmişdi. Buna görədə Təcili və X9 Stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən qardaşı X6 xx.xx.2023-cü il tarixində ölməsinə dair ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi yaxın qohumlarıyla birlikdə mərhum qardaşı X6 xx.xx.2023-cü il tarixində Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn edilmişdir. Ərizəçinin qəbiristanlıqdan təqdim edilmiş arayış ərizəyə əlavə edilmişdir. Onun dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişlər. Buna görədə “Bakı Baş Səhiyyə Mərkəzi” 7 nömrəli şəhər poliklinikasına müraciət etsə də, xx.xx.2023-cü il tarixli, 160 saylı cavaba əsasən, mərhum qardaşı X10 xəstəliklə əlaqədar 7 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi və ambulator kartı olmadığı üçün xx.xx.1972-ci il təvəllüdlü mərhum qardaşı X6 ölümü haqqında sənəd (Forma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra. xx.xx.1972-ci il təvəllüdlü qardaşı X6 ölüm haqqında şəhadətnaməsinin alınması üçün 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdie. Lakin 10 fevral 2023-cü il 3-16-5/7-15/306/2023 saylı cavaba əsasən, 6 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsi qardaşının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Xətai rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 17798811 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzinin” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X10 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir. Mərhumun poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti və ambulator kartı olmadığından poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə verməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” X4 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. İş materiallarında olan “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, X6 adı “Ramazan” dan “Ramiz”ə dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında xx.xx.2023-cü il tarixdə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində qeyd etmişdir ki, ərizəçi ilə 1997-1998-ci illərdən qonşudur. Ərizəçi xx.xx.2023-cü il tarixində səhər radələrində ağlaya-ağlaya gəlmişdir ki, qardaşı rəhmətə gedib. Mərhumu Yasamalda qəbiristanlıqda dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X6 xx.xx.2023ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2023-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə anadan olmuş X6 xx.xx.2023-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar