Məhkəmə qərarları › İş №2(011)-2251/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2251/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2251/2025 07.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ərizəçi Baıramova Rubabanın iştirakı ilə, ərizəçi Baıramova Rubabanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X4 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi Baıramova Rubaba xx.xx.1974-cü il tarixində anadan olmuş yoldaşı X10 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum yoldaşı xx.xx.1974-cü il təvəllüdlü X10 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin o mərhumun adına ölüm haqqında şəhadətnamə verilməyib. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmədən qalmışdır. Ölüm faktının təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması məqsədilə lazımdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X7 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1974-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1974-cü ildə anadan olmuş, onun atası X11, anası isə X1. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Tanrıverdiyeva Rübabə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olublar. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyasının xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 11 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2025-ci il tarixində X5 meyiti aşkar edilmişdir. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının 07 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X3 3-16-5/8-15/2025 saylı məktubundan görünür ki, X10 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. Zığ bələdiyyə sədri tərəfindən verilmiş 12 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, X10 xx.xx.2025-ci tarixində vəfat etmiş, Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında qeyd etmişdir ki, mərhum onun uşaqlıq dostu olmuşdur. Tez-tez bir yerdə olurdular. Qardaşı Rusiyada yaşayırdı. Bir gün zəng edib bildirmişdir ki, özünü yaxşı hiss etmir, Bakıya getsinlər. O öz xəstəliyini bilirdi əslində. Onun qohumları ilə bir yerdə işləyirdi. Bakıya gələndə vəziyyəti yaxşı deyildi. “Bonadea” xəstəxanasına yerləşdirmişlər. Həkimlər müayinə edib. Qardaşı bildirmişdir ki, vəziyyəti çox ağırdı. O da xəstəxanaya gedib. Həkimlər bildirib ki, aparsınlar evə, son zamanlarını evdə keçirsin. Onlar da aparıb evə. Özləri də hərəsi öz evlərinə qayıdıb. Qəfildən zəng gəlmişdir ki, rəhmətə gedib. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun mərhum dostunun arvadıdır. Mərhum xaricdə yaşayırdı. Xəstə olduğuna görə Azərbaycana gətirmişdirlər. Mərhumun ağır xəstəliyi var idi. Onun xəstəxanaya yerləşdirmişlər, kimyaterapiya müalicəsi alırdı. Sonra evə aparıblar, xx.xx.2025-ci il tarixdə evdə rəhmətə gedib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X5 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixində Gürcüstan Respublikası, Dunusi şəhəri, Dmanisskiy rayonunda anadan olmuş X5 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar