Məhkəmə qərarları › İş №2(011)-2304/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2304/2022

27.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2304/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 may 1953-cü il təvəllüdlü X5 15 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X2 nənəsinin bacısı oğludur, övladı olmadığı üçün ona özü qulluq etmişdir, yaşadığı evə daxil olanda onun yerdə uzandığını görmüş, dərhal Təcili tibbi yardıma zəng vurmuşdur, lakin gələn həkim onun öldüyünü bildirmişdir, dayısı Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur, Nizami rayon qeydiyyat şöbəsinə onun ölüm şəhadətnaməsinin alınması üçün müraciət etmişdir lakin tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür, dayısı Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 4, mənzil 49 da yaşayırdı, həmin mənzili də 2021-ci ildə ona vəsiyyət etmişdir, lakin ölüm şəhadətnaməsi olmadığından sənədləşmə işlərində problem yaşayır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidilərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 27.04.2022-ci il tarixli məhkəmə iclasında 21.04.1969-cu il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, onunla birlikdə AZ-TV-də işləmişdirlər, Borisi də tanıyırdı, amma onu uzun müddət görməmişdir, onu ərizəçinin xalası öləndə yasda görmüşdür, Borisin özü isə 15.01.2022-ci il tarixdə ölmüşdür, kömək lazım olmuşdur deyə ərizəçi ona müraciət etmişdir, Boris Hövsanda dəfn olunmuşdur. 27.04.2022-ci il tarixli məhkəmə iclasında 23.08.1975-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, Sofya ilə birlikdə işləmişdirlər, Borisi tanımır, amma rəhmətə getmişdir, ərizəçi dəfndə kömək lazım olduğu üçün onu çağırmışdır, Boris Neftçilərdə evdə ölüb, Hövsada isə dəfn olunub. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 22.01.2022-ci il tarixli, 05Q-134/15 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümü təsdiq edən sənəd olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən verilmiş 15.01.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 15.01.2022-ci il tarixdə, saat 11:11-də Q.Qarayev 61, mənzil 29 ünvanına çağırış üzrə gedən 6 saylı bölmənin təcili tibbi yardım briqadası 1953-cü il təvəllüdlü X7 həkiməqədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon Zığ bələdiyyəsi sədri tərəfindən verilmiş 14.02.2022-ci il tarixli 76 saylı arayışdan görünür ki, mərhum X7 15.01.2022-ci il tarixində Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan 01.09.2021-ci il tarixli Vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ölən günə kimi ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən 49 saylı mənzili ünvan 2da olan Ərizəçi vəsiyyət etmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 05 may 1953-cü il təvəllüdlü X5 15 yanvar 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, ərizəçi ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 05 may 1953-cü il təvəllüdlü X5 15 yanvar 2022-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 may 1953-cü il təvəllüdlü X5 15 yanvar 2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar