Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2318/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X4maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1970-ci il tarixində Qobu qəsəbəsində anadan olmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum atası X5 xx.xx.1970-ci ildə anadan olmuşdur. X8 xx.xx.2024-cü il tarixində yaşadığı ünvanda vəfat etmişdir. Bu barədə Təcili və Təxirə salınmaz X12 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Mərhum xx.xx.2024-cü ildə Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsinin (forma 106) alınması üçün 6 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin mərhumun həmin poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etməməsi səbəbindən 6 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməməsi ilə bağlı 09.01. 2025-ci il tarixli arayış təqdim edilmişdir. Qeyd edilən faktla bağlı X8 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmişdi. Lakin qeydiyyat şöbəsi anasının ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnaminin verilməsinin mümkün olmadığını, bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhz bu səbəbdən hazırda məhkəməyə müraciət edir. X1 ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X7 məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi X8 onun qardaşıdır, mərhum X5 onun atasıdır, təzyiq və sağlamlıq problemlərindən uzun illər əziyyət çəkən X2 84 yaşı var idi, qocalıqdan öldü. xx.xx.2024-cü il tarixində dəfn olunub. Məhkəmə iclasında X15 şahid qismində iştirak edərək bildirdi ki, mərhum X5 onun qaynatasıdır, ərizəçi X8 qayınıdır. Vəfatı elə yaşadığı evdə olub, keçən il dekabr ayının 25də vəfat edib, bir gün sonra da Lökbatan qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1940-cı il tarixində anadan olmuşdur. İş materiallarında olan A A seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki,X5 ərizəçi X3 atasıdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 3-16/5/8-xx-xx/2025 saylı məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin (forma 106) olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X19 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X5 6 nömrəli Şəhər Poliklinikasında ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə ölüm haqqında şəhadətnamə (Forma 106) verilməmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X19 “Respublika Təcili və X10 Mərkəzi” X19 xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1970-cı il təvəllüdlü X5 xx.xx.2024-cü il saat 18:00-da “Respublika Təcili və X10 Mərkəzi” X17n Mərkəzi Çağrı Xidmətinə (103) ünvan 1 ünvanından X5 (84 yaş) adına çağırışa gələn TTY əməkdaşları tərəfindən X2 “həkimə qədər ölüm faktı” qeyd edilmişdir. İş materiallarında olan Qaradağ rayonu, Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixində Lökbatan qəbiristanlığında” dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1940-cı il təvəllüdlü vətəndaş X5 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ev şəraitində vəfat etmiş, Qaradağ rayonu ərazisində yerləşən “Lökbatan” qəbiristanlığında” dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü vətəndaş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü vətəndaş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2318/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2318/2025
18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver