Məhkəmə qərarları › İş №2(011)-2369/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2369/2022

08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2369/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.05.1954-cü il təvəllüdlü atası X1 29.07.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi N.M.Məmmədov ərizəni müdafiə edərək izahatında bildirdi ki, atası X4 21.05.1954-cü il tarixdə Sabirabad rayonunda, Pokrovka kəndində anadan olmuşdur, o, 29.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, onun vəfatından sonra həmin gün Sabunçu rayon Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adlı qəbirstanlıqda dəfn olunmuşdur, ölüm haqqında şəhadətnamə alınması üçün maraqlı şəxsə müraciət etsə də,ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhum atasının adına şəhadətnamə verilməmişdir, buna görə məhkəmə müraciət etməli olmuşdur. Sonda N.M.Məmmədov ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə müraciət edərək, mülki işə işin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasında 24.08.1991-ci il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin qardaşıyam, mərhumun oğludur, iyulun 29-u saat 11:00 radələrində evdə səs-küy eşitmişdir, oyanandan sonra görmüşdür ki, atası yıxılıb, daha sonra təcili tibbi yardım çağırmışlar, lakin atası artıq keçinmişdi, Sabunçuda dəfn olunmuşdur. 08.04.2022-ci il məhkəmə iclasında 16.09.1985-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi qardaşıdır, mərhum şəxsin qızıdır, keçən il iyulun 29-u saat 11:30-da gəlin zəng eləmiş, demişdir ki, onlara gəlsinlər, atası yıxılıb, 3-4 aylıq uşaq var idi, ona görə onlara heçnə deməmişlər, qardaş ilə bir yaşayırdır, atasının təzyiqi tez-tez aşağı düşürdü, Sabunçuda dəfn olunmuşdur. İş materiallarında olan 38 nömrəli Şəhər poliklinikası Məhkəməyə ünvanlanmış məktubdan 02.08.2021-ci il tarixli 275 №-li məktubdan görünür ki, 21.05.1954-cü il tarixdə atası X3 ölüm haqqında sənəd verilə bilmədiyi qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 06778146 saylı Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X4 21.05.1954-cü il tarixdə Sabirabad rayonunda, Pokrovka kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistan Masis rayonu, Sarvanlar kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs 03.08.2021-ci il tarixli, 2619-05/15 saylı ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölüm faktının məhkəmə tərəfindən müəyyən edilə bilməməsi qeyd edilmiş, ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsinin 25.02.2022-ci il tarixli, 05/340/75 saylı ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan 04.08.2021-ci il tarixli Akt-dan görünür ki, Azərbaycan Respublikası Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlığda 29.07.2021-ci il tarixdə 21.05.1954-cü il təvəllüdlü X4 dəfn edilmişdir. İş materiallarında olan 7 saylı KYS-nın təcili tibbi yadım briqadası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 29.07.2021-ci il tarixdə, saat 10:40da ünvan 2 ünvanına çağırış üzrə gedən təcili tibbi yardım briqadası 67 yaşlı X3 həkimə qədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 21.05.1954-cü il təvəllüdlü X4 29.07.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmişdir, ərizəçi mərhumun oğludur, o, mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21.05.1954-cü il təvəllüdlü X1 29.07.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21.05.1954-cü il təvəllüdlü X1 29.07.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar