Məhkəmə qərarları › İş №2(011)-2372/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2372/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2372/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X1nın 2001-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayonu, Süleymanlı kənd sakini olmuş nənəsi (atasının anası) X6 erməni təcavüzü nəticəsində 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və onunla birgə yaşamışdır. X1 2001-ci ildə Bakı şəhəri, Sabunçu rayon ərazisində vəfat etmiş və Binəqədi rayon qəbirsanlığında dəfn olunmuşdur. Nənəsinin ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış Beyləqan rayonunda yerləşən torpaq sahəsi onun istifadəsindədir. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Lakin nənəsinin ölümü haqqında şəhadətnaməni almadığı üçün o, vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmişdir. Nənəsinin vəfat etməsi faktını şahidlər də təsdiq edə bilərlər. Lakin o bununla bağlı Bakı şəhəri Sabunçu rayon və Cəbrayıl rayon qeydiyyat şöbələrinə müraciət etsə də nənəsinin ölüm haqqında akt qeydi, qeydiyyat informasiya sistemində aşkar edilmədiyi üçün ona şəhadətnamənin verilməsi mümkün olmamışdır. Daha sonra Ərizəçi vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, X3 xx.xx.2002-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçinin dostudur. Təqribi 2002-ci ilin sentyabr-oktyabr aylarında ona demişdilər ki, ərizəçinin nənəsi rəhmətə gedib. O baş sağlığı verməyə getmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin dostudur. 2002-ci ilin sentyabr ayında ərizəçinin nənəsinin rəhmətə getməsini bilmişdir və onu ziyarət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, 1911-ci il təvəllüdlü X3 ölüm haqqında akt qeydi Cəbrayıl rayon qeydiyyat şöbəsinin arxivində və vətəndaşlıq vəziyyəti aktları qeydiyyat informasiya sistemində aşkar edilmir. Belə olan halda vətəndaşın ölümü haqqında təkrar şəhadətnamə verilə bilməz. İş materillarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Komitənin elektron məlumat sistemidə X6 haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı şəhər X7 Yardım Stansiyası”ı tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 1913-cü il təvəllüdlü X2 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhər Təcili və X8 Stansiyasına çağırış daxil olması barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Suleymanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cəbrayıl rayonu, Süleymanlı kənd sakini mərhum X6 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, vəfat etdiyi tarixədək Cəbrayıl rayonun pasport qeydiyyatında olmuş və müvəqqəti olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 6, mənzil 4-də yaşamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi nənəsi 1913-cü il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1913-cü il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 1913-cü il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar