Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2374/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçı Əflətun qızının Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əflətun qızının Cavabdeh qarşı iddiaçıya məxsus dəyəri 5800 manat qızılzinət əşyalası olan komplekt və dəyəri 900 manat olan üzüyün cavabdehdən alınaraq iddiaçıya qaytarılması, mümkün olmayacaq təqdirdə həmin əşyaların dəyərini cavabdehdən tutularaq iddiaçıya verilməsi və nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə mürüciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur. Tərəflər xx.xx.2016cı il tarixdə nikaha daxil olub evləndikdən sonra cavabdehin ana və atasının yaşadığı ünvan 1 mənzil 36 ünvanına köçüb orda yaşamışdırlar. Cavabdehin anası daima evdə söz-söhbət yaradaraq dava-dalaş salmış, cavabdehlə arasında olan münasibəti mütamadi olaraq pozmuşdur. xx.xx.2017-ci il tarixdə iddiaçı təcili olaraq Xəstəxanaya yerləşdirilmiş və həmin tarixdə qızı Mədinə Məmmədova dünyaya gəlmişdir. 3 gün xəstəxanada qaldıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə cavabdeh xəstəxanaya gələrək, oradan iddiaçı 40 günlük iddiaçının anasıgilə aparmalı olduğunu bildirdi və həmin tarixdən sonra iddiaçı, təxminən 8 ay müddətində anasının evində qalmışdır. Bu müddət ərzində cavabdeh iddiaçıya anası iddiaçını görmək istəmədiyini, iddiaçını səbrli olmağa xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh iddiaçı ilə görüşərək, Nərimanov rayonunda kirayə ev tutduğunu bildirmiş və iddiaçını körpə uşağı ilə birlikdə ora apardı. Həmin gecədən sonra cavabdeh iddiaçıya burada ayda 1-2 dəfə qalacağını bildirmiş və getmişdir. xx.xx.2018-ci il tarixədək, yəni Cavabdeh cinayətin törədilməsində təqsiqli bilinərək həbs edildiyinədək iddiaçı övladı ilə kirayə evdə qalmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh həbsdən çıxmağı barədə məlumat vermək üçün zəng etsə də, nə uşağını görməyə gəlmiş, nə də ailəsinin taleyi ilə maraqlanmamışdır. Bundan sonra iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnməsi ilə tərəflərin arasında olan nikah pozulmuşdur. İddiaçı cavabdehdən ona məxsus qızıl-zinət əşyalarını geri istədikdə, cavabdeh həmin əşyaları və birgə nikah dövründə əldə edilmiş avtomobili, həsdə olduğu dövrdə onun pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Cavabdeh, qızıl-zinət aşyalarını iddiaçıya tezliklə qaytaracağını bildirmişdir. Bununla bağlı tərəflərin arasında “whatsapp” proqramı vasitəsilə danışıqlar olmuş və bu dediklərini cavabdeh həmin yazışmada təsdiq etmişdir. Beləliklə, iddiaçı ailə qurduğu dövrdən cavabdehin ana və atasının yaşadığı evə gəlin köçmüş, xx.xx.2017-ci il tarixdə uşağını dünyaya gətirmək üçün həmin evi tərk edib, hüşsuz halda xəstəxanaya aparılmışdır. İddiaçı bir daha həmin evə buraxılmadığına görə qızıl-zinət əşyalarını götürə bilməmişdir. Həmin əşyalar cavabdehdə qaldığına görə iddiaçı iştirak etdiyi hər hansı ziyafətdə və ya şənliklərdə həmin əşyalardan istifadə edə bilməmişdir. Buna nümunə olaraq, xx.xx.2018-ci il tarixə rəfiqəsinin “xına yaxdı” mərasimində həmin qızıl-zinət əşyalarından istifadə etmədiyi ilə bağlı sübutlarda (iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdə) mövcuddur. Mübahisəli qızıl-zinət əşyası komplekt halında Mərkəzi Univermaqdan 5800 manat məbləğində, üzük isə 900 manat məbləğinə satın alınmışdır. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, cavabdeh kredit yolu ilə nikahdan əvvəl aldığı, lakin ödəməsini nikah dövründə etdiyi “Kia Optima” markalı avtomobili sataraq, nikah dövründə dəyəri təxminən 20000-25000 manat olan **-KR-*** dövlət qeydiyyat nişanlı, “Lexus” markalı avtomobili satın almışdır. İddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, Mərkəzi Univermaqdan alınmış, iddiaçıya məxsus, 1 ədəd komplektin tərkib hissəsi olan kolye-boyunbağı, 1 ədəd komplektin tərkib hissəsi olan qolbağı, 1 cüt komplektin tərkib hissəsi olan sırğa, 1 ədəd komplektin tərkib hissəsi olan üzükdən ibarət olan dəyəri 5800 manat qızıl-zinət əşyası olan komplekt və 1 ədəd dəyəri 900 manat olan nişan üzüyünün cavabdehdən alınaraq iddiaçıya qaytarılması, mümkün olmayacağı təqdirdə həmin əşyaların pul dəyərinin cavabdehdən tutularaq iddiaçıya verilməsi və nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, bildirdi ki, iddiaçının tələb etdiyi 5800 manat və 900 manat dəyərində olan qızıl-zinət əşyaları iddiaçı birgə yaşadıqları evi tərk edən zaman hamısını özü ilə aparmışdır. Belə ki iddiaçı özü də qeyd etmişdir ki, xx.xx.2017-ci il tarixdə övladlarını dünyaya gətirmək üçün iddiaçının atasında məxsus evi tərk etmişdir. Hazırda 3 ilə yaxın zaman keçdiyindən sonra iddiaçının məlum qızılları istəməsi absuddur. Belə ki, bu müddət ərzində o, heç vaxt bunula bağlı iddia qaldırmamışdır. Bu bir daha onu gəstərir ki, iddiaçı 2017-ci ildə qızıl-zinət əşyalarını özü ilə aparmışdır. “Kia Optima” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra “Lexus-GS 300” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyya vasitəsi xx.xx.2018-ci il tarixdə cavabdehin atası X2 mülkiyyətindədir. Göstərilənlərə əsasən cavabdeh İddiaçı iddiasının rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını dinləyərək və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2(011)-6943/2019-cu il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 686 nömrəli ilə qeydə alınmış nikah pozulmuşdur. Mülki iş materiallarında olan fotoşəkillər və video görüntülərdən müəyyən edilir ki, tərəflərin nikahı zamanı iddianı İddiaçı üzərində boyunbağı, sırğa, üzük və qolbaq dəsti, bir ədəd nişan üzüyü olmüşdür. Lakin həmin qızıl-zinət əşyalarının dəyəri, çəkisi və digər xüsusiyyətləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş DİN-nin Baş Dövlət X12 Qeydiyyatimtahan İdarəsinin komyuter üçot bazasından çıxarışdan görünür ki, “Lexus GS-300” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə xx.xx.1962-ci il təvəllüdlü X3 adına qeydiyyat alınmışdır. xx.xx.2019-cu il tarixdə qeyd edilən avtomobil alqə-satqı müqaviləsi əsasında Balakişi Məmmədovun adından qeydiyyatdan çıxarılmış, yəni **-ZZ-*** dövlət qeydiyyat nişanı təhkim edilərək xx.xx.1993-cü il təvəllüdlü X6 adında rəsmiləşdirilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş DİN-nin Baş Dövlət X12 Qeydiyyatimtahan İdarəsinin komyuter üçot bazasından çıxarışdan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 xx.xx.2020-ci il tarixıi 016-60322-122 nömrəli məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyata alınması barədə ərizə, gömrük bəyannaməsi, arayış-hesabdan, gömrük bəyannaməsinin surətlərindən görünür ki, “Kia Optima” markalı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə satın alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 xx.xx.2020-ci il tarixıi 016-60322-122 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən X1. “xxxxxxxxxxx” MMC-nin LP-085/20 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən təqdim olunmuş məlumatlara və fotoşəkillərə əsasən qızıl-zinət əşyalarının hazırki bazar dəyərinin hesablanması: komplekt (ağ qızıl brilyant) (kolye, qolbaq, sırğa) 5800 manat, 1 ədəd nişan üzüyü 900 manat, cəmi 6700 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçının dəyəri 5800 manat qızıl-zinət əşyaları olan komplekt və dəyəri 900 manat olan üzüyün cavabdehdən alınaraq iddiaçıya qaytarılması ilə bağlı iddia tələbinə qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Yuxarıda qeyd edilən edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh məhkəməyə ünvanlandığı ərizəsində də mülki mübahisənin predmeti olan qızıl-zinət əşyalarının həqiqətən də mövcud olduğu, onların qızıl dəstin dəyəri 5800 manat və qızıl üzüyün dəyəri 900 manat olduğu və həmin əşyaların cavabdehə məxsus olduğu təsdiq edilir. Digər tərəfdən, iddiaçı cavabdeh ilə birgə yaşadıqları evi üvladını dünyaya gətirmək üçün xəstəxanaya getdiyində tərk etdiyini və daha sonra həmin evə bir daha dönmədiyini nəzərə alaraq, məhkəmə hesab edir cavabdehin iddiaçının həmin qızıl-zinət əşyalarını evi tərk etdiyində özü ilə apardığına dair dəlili işin həqiqi hallarını əks etdirmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, dəyəri 5800 manat olan qzıl dəst və dəyəri 900 manat olan üzüyün cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən qızıl-zinət əşyaları mövcud olmadığı təqdirdə, onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair iddia tələbini nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak mövcud olmadığından iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qeyd edilən Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Yenə həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi “Kia Optima” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən, tərəflərin nikahında əvvəl, yəni, xx.xx.2015-ci il tarixdı satın alınmış və tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2017-ci il tarixdə satılmışdır. Digər tərəfdən “Lexus GS-300” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə ümumiyyətçə iddiaçının mülkiyyətində olmamışdır. Belə ki, həmin avtomobilin xx.xx.2018-ci il tarixdə X4 tərəfindən satın alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Kia Optima” markalı, **-ZU- *** dövlət qeydiyyat nişanlı avtomobil və “Lexus GS-300” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikah dövründə, ər-arvadın birgə gəlirləri hesabına əldə edildiyi məhkəmə iclasında müəyyən edilmədiyindən iddia qeyd edilən əmlakın bölünməsi hissəsində də rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 5800 manat olan qızıl kolye, qolbaq, sırğadan ibarət dəst və 1 ədəd dəyəri 900 manat olan üzük alınaraq İddiaçı geri qaytarılsın. Əşyalar olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2374/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2374/2020
19.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver