Məhkəmə qərarları › İş №2(011)-2375/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2375/2022

08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2375/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18.12.1983-cü il təvəllüdlü bacısı X3 12.11.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 08.04.2022-ci il tarixində Ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.12.1983-cü il bacısı X3 12.11.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, bacısı 18.12.1983-cü il təvəllüdlü X5 xərçəng xəstəliyindən əziyyət çəkirdi, bu xəstəlik səbəbindən də Milli Onkologiya Mərkəzində ambulator müalicə alırdı, bacısı anası ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yaşayırdır, sözügedən ünvanda vəziyyəti pisləşmiş, 12.12.2021-ci il tarixdə vəfat etmişdir, ölüm haqqında şəhadətnamə alınması ilə bağlı Abşeron rayon Qeydiyyat şöbəsinə müraciət etsə də imtina edilmiş, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə müraciət edərək, mülki işə işin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasında 05.02.1985-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi qardaşıdır, ölən şəxs bacısı olmuşdur, noyabrın 12-si vəfat edib, Xırdalanda yaşayırdı, Salyanda dəfn olundu, onların yanında qalırdı. 08.04.2022-ci il məhkəmə iclasında 25.04.1956-cı il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi oğludur, ölən şəxs qızı olmuşdur, xəstə idi, 1 ay idi ki, əziyyət çəkirdi, onlarla birgə Xırdalanda qalırdı, Salyanda dəfn olunub. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən ərizəçiyə ünvanlanmış 30.11.2021-ci il tarixli 1788 №-li məktubdan görünür ki, M.Məmmədovanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı 480686 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 13.06.1989-cu il tarixində, Bakı şəhərində doğulmuşdur. Onun atası X8, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat Şöbəsinin 30.11.2021-ci il tarixli, 05/Q-1638/15 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Salyan rayonu Salyan Bələdiyyəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli 769 saylı arayışdan görünür ki, mərhum X5 12.11.2021-ci tarixində vəfat etiş və Salyan şəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 12.11.2021-ci il tarixdə, saat 13:37-də Abşeron rayon Xırdalan şəhəri QYM ünvanına çağırış üzrə gedən təcili tibbi yardım briqadası X4 həkimə qədər ölüm diaqnozu qoymuş və qadın cinsli meyid aşkar etmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 18.12.1983-cü il təvəllüdlü X7 12.11.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində vəfat etmişdir, ərizəçi mərhumun qardaşıdır, o, mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 18.12.1983-cü il təvəllüdlü X2 12.11.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18.12.1983-cü il təvəllüdlü X2 12.11.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar