Məhkəmə qərarları › İş №2(011)-2385/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2385/2021

12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2385/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda vəfat etməsinə dair hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ə.K. Kazımzadə ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum X5 onun atasıdır, xx.xx.1968-ci il tarixində Bakı şəhərində doğulmuşdur, xx.xx.2019-cu il tarixdə 10:17 radələrində ev şəraitində ölmüşdür, o, atasının öldüyünü görüb Səhiyyə Nazirliyinin 103 X6 briqadasına zəng etmişdir, həkim briqadası həmin yerə gəldikdə artıq mərhum atasının öldüyünü müəyyən etmişlər, o, ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhər, Maraqlı şəxs2nə müraciət etmişdir, lakin Maraqlı şəxs2 oğluna ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını əsas gətirərək bundan imtina etmişdir, tibbi şəhadətnamə alınması üçün müvafiq orqana müraciət olunsa da, həmin sənədin verilməsindən imtina edilmişdir. Sonda Ə.K. Kazımzadə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1987-ci il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun qohumudur, mərhum artıq xərçəng xəstəliyindən əziyyət çəkirdi, ona mərhumun vəziyyətinin pisləşdiyi bildirilmiş, o isı evə çatanda artıq onun keçinidiyinin şahidi olmuşdur, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1986-cı il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhum onun qohumudur, o, mərhumun onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirdi, ona vəziyyətinin pisləşdiyi bildiriləndə onların evinə getmişdir, evə çatanda artıq öldüyünə şahid olmuşdur, mərhumu Mehdibad qəbirstanlığında dəfn etmişlər, o da mərhumun dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1968-ci il tarixində, Bakı şəhərində doğulmuşdur. Onun atası Ərizəçi, anası X4r. İş materiallarında olan XX-JQ 497864 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixində, Bakı şəhərində doğulmuşdur. Onun atası X8, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2021-ci il tarixli 05Q-101/15 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 16 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 11/0542 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həqiqətən də xx.xx.2019-cu il tarixdə, saat 10:17-də Abşeron rayonu Digah qəsəbəsi y/y ünvanına çağırış üzrə gedən 16 saylı bölmənin təcili tibbi yardım briqadası həkimə qədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. Azərbaycan Respublikası Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 12 saylı arayışdan görünür ki, mərhum X5 xx.xx.2019-cu il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1998-ci il təvəllüdlü Ərizəçi mərhum X1 atasıdır, sonuncu xx.xx.2019-cu il tarixdə Abşeron rayonunda ev şəraitində vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixində Abşeron rayonunda ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixində Abşeron rayonunda ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar