Məhkəmə qərarları › İş №2(011)-2397/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2397/2022

26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2397/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ünvan 1 ünvanında yaşamış X2 ölüm faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 23.05.1968-ci ildə anadan olmuş atası X2 30.01.2022-ci il tarixində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə X3 23.05.1968-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. X1 ərizəçinin atasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 12.02.2022-ci il tarixli, 422-05/15 saylı məktubu ilə ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, atası X3 23 may 1968-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yaşamışdır. X3 ünvan 1 ünvanında yaşadığı mənzilə gəlmiş, anidən halı pisləşmiş, bununla əlaqədar Təcili və X5 Stansiyasının 7 saylı bölməsi ilə əlaqə saxlanılmışdır. Həmin bölmənin təcili tibbi yardım briqadası mənzilə gəlmiş və briqadanın Zeynalova soyadlı həkimi ölüm faktını 30 yanvar 2022-ci il tarixə, saat 00:50-də qeydə almışdır. Bundan sonra Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verilmişdir. X3 30 yanvar 2022-ci ildə Hövsan qəsəbə Quşçuluq y/s sahəsi qəbirstanlığında dəfn olunmuşdur. Dəfnlə əlaqədar Hövsan bələdiyyəsindən arayış əldə olunmuşdur. Mərhum atası "ölüm haqqında akt qeydinin olub-olmaması barədə” məlumat əldə etmək üçün ərizə ilə Xətai VVAQ şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs 422-05/15 nömrəli, 12.02.2022-ci il məktubuna əsasən, tərəfindən ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İmtinanın səbəbi belə izah edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında feldşer qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Müvafiq qanunvericiliyin tələblərinə əsasən, X2 ölümünün qeydiyyata alınması imkanımız xaricindədir”, - deyə cavabda bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, mərhumun qardaşıdır. 30.01.2022-ci il tarixində gecə 12 də ərizəçi ona zəng edərək atasının vəziyyətinin ağır olduğunu bildirib. Onlar gedəndə mərhum mətbəxdə idi, həkimlər gəlib nəbzini yoxlayıb artıq öldüyünü dedilər. Məhkəmə iclasında şahid və mərhumun qardaşı X4 izahat verərək bildirdi ki, qardaşı 30.01.2022-ci il tarixdə də vəfat etdi. Hövsanda Quşçuluq qəbirstanlığında dəfn edildi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə 30.01.2022-ci il tarixdə, saat 00:50 radələrində ünvan 1 ünvanında X2 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Həmçinin, Bakı şəhər Suraxanı Rayonu Hövsan Bələdiyyəsinin 21.02.2022-ci il tarixdə verdiyi 320 saylı Arayışdan müəyyən olunur ki, X3 30.01.2022-ci il tarixdə Hövsan qəsəbəsi Quşçuluq yaşayış sahəsi qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, iş materiallarında olan 6 nömrəli şəhər poliklinikası tərəfindən 22.02.2022-ci il tarixdə verilmiş 40 saylı Arayışdan müəyyən olunur ki, ərizəçi X2 ölüm haqqında arayışının verilməsi məqsədilə 6 nömrəli şəhər poliklinikasına müraciət etmiş, X2 xəstəliyi ilə əlaqədar olaraq həkimə müraciət olunmadığından, yəni ölümün səbəbi məlum olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin (Forma № 106) verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə göndərdiyi 12.02.2022-ci il tarixli, 422-05/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər də X2 30 yanvar 2022-ci il tarixində öldüyünü bildirmişlər. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X2 30.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 30.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.05.1968-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş X2 30.01.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar