Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2404/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Ərizəçi qaynanası xx.xx.1939-cu il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qaynanası xx.xx.1939-cu il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddia ərizəsinin geri qaytarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1.-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Ərizəçi ərizəsi geri qaytarıldığından dövlət büdcəsinə ərizə üzrə xx.xx.2022-ci il tarixdə ödənilmiş 10917 qəbz nömrəli 35868732 əməliyyat İD kodlu ********* GPP qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi qaynanası xx.xx.1939-cu il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət nəfinə ödənilmiş 10917 qəbz nömrəli 35868732 əməliyyat İD kodlu ********* GPP qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsində icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2404/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2404/2022
15.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver