Məhkəmə qərarları › İş №2(011)-2406/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2406/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2406/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum anası 1938-ci il təvəllüdlü X5 30 dekabr 2022-ci il tarixdə evdə vəfat etmişdir. Həmin vaxt ərizəçi tərəfindən təcili yardım çağırılmışdır və BŞT və TTYS-nin 16 saylı Bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqində qadın cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X1 qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbiristanlıqda xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. Ərizəçi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət edilmişdir. 11 yanvar 2023-cü il tarixdə verilmiş cavabda ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin təmin edilməsinin mümkün olmaması göstərilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hüquqlarını bilmədiyindən anası vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmişlər və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin həkimin tibbi şəhadətnamə verməsi ilə bağlı 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, poliklinika tərəfindən verilmiş arayışda mərhumun hər hansı bir xəstəliklə bağlı müraciəti və ambulator kartı olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı göstərilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 1938-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olmuş X3 30 dekabr 2022-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək, anası X3 ölüm faktının müəyyən edilməsinin ona ölüm pulu almaq üçün lazım olduğundan ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X11 7 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 68 №li, 27 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 30 dekabr 2022-ci il tarixdə Binəqədi rayonu Zəngəzur küçəsi ev 60 ünvanında rəhmətə getmişdir. Ərizəçi anasının ölüm arayışının verilməsi məqsədi ilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Mərhumun poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti və ambulator kartı olmadığından poliklinikanın ölüm haqqında tibbi şəhadətnamə (Forma N106) verməsi mümkün olmamışdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 11 yanvar 2023-cü il tarixli 05/Q-60/15 saylı məktubdan görünür ki, X3 ölümün qeydə alınması ilə bağlı şöbəyə ünvanlanmış müraciətinə baxılmış və bildirilmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 32 nömrəli, 17 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X7 anası X1 qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbiristanlıqda xx.xx.2022-ci il tarixdə dəfn edilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli Təcili və X6 Stansiyasının 16 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 30 dekabr 2022-ci il tarixdə X5 üçün çağırış edilmiş, eyni gün saat 14:45-də qadın cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan A3 seriyalı, 310214 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Mirzə Qafarov, anası Ruhiyə Qafarovadır. İş materiallarında olan AZE seriyalı, 03094028 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 1938-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 1938-ci il təvəllüdlü X3 30 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1938-ci il təvəllüdlü X3 30 dekabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar