Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2426/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı ASAN Xidmət Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 05.06.1932-ci il təvəllüdlü X1 02 fevral 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında K.S.Məhəmmədovna ərizəni müdafiə edərək izahatında bildirdi ki, mərhum anası 05.06.1932-ci il tarixdə Rusiye Fedrasiyasında anadan olmuşdur, son vaxtlar ahıl yaşda olduğu üçün o, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nərimanov ev 12a, mənzil 9 ünvanda yerləşən mənzilində yaşamış, 02.02.2019-cu il tarixdə evdə olarkən, qəflətən anasının vəziyyəti pisləşmiş və o rəhmətə getmişdir, həmin vaxt Təcili tibbi yardım stansiyasına zəng etmişlər, lakin onlar gələnədək artıq anası vəfat etmişdir, ölüm haqqında şəhadətnamənin alınması üçün 2 saylı Bakı ASAN Xidmət Mərkəzinə müracət etdikdə onlar tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir, həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda K.S.Məhəmmədovna ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 2 saylı Bakı ASAN Xidmət Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, 04.05.2022-ci il tarixli məhkəmə iclasında 15.10.1963-cü təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi yoldaşıdır, onun anası 2019-cu ilin fevral ayında vəfat etmişdir, anası öz evində yaşamışdır, lakin qeydiyyatı Xətaidir, yoldaşı anasının yanına gedib gəlirdi, qadın özünə baxa bilməyindən bəzən gecələr də onun yanında qalırdı. 04.05.2022-ci il tarixli məhkəmə iclasında 10.10.1990-cı il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi onun qaynanasıdır, vəfat edən isə onun anası olmuşdur, anası qoca idi, Lökbatanda yaşamışdır, 2019-cu ilin fevralında rəhmətə getmişdir, dəfndə iştirak etmişdirlər. İş materiallarında olan Rusiya Federasiyası vətəndaşının 71 ******* saylı pasportun surətindən görünür ki, Xalifaeva Ziabat 06.06.1932-ci il tarixdə Dağıstanda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş 02.02.2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 02.02.2019-cu il tarixdə, saat 02:58-də Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nərimanov ev 12a, mənzil 9 ünvanına çağırış üzrə gedən 15 saylı bölmənin təcili tibbi yardım briqadası 1932-ci il təvəllüdlü X3 həkiməqədər ölüm diaqnozu qoymuş və qadın cinsli meyid aşkar etmişdir. İş materiallarında olan AZ seriyalı 003265 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Xalifaev Maqamed, anası Xalifaeva Ziabatdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 07.02.2022-ci il tarixli, 05\213\75 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbə Məscidi dini icma sədri tərəfindən verilmiş 05.02.2022-ci il tarixli 14 saylı arayışdan görünür ki, mərhumə Xalifaeva Zinabat 02.02.2019-cu il tarixində vəfat etmiş və Qaradağ rayonu, Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 05.06.1932-ci il təvəllüdlü X5 02.02.2019-cu il tarixində ünvan 1 ünvanında vəfat etmiş, Qaradağ rayonu, Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun qızıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 05.06.1932-ci il təvəllüdlü X1 02.02.2019-cu il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05.06.1932-ci il təvəllüdlü X1 02 fevral 2019-cu il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2426/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2426/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver