Məhkəmə qərarları › İş №2(011)-2426/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2426/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2426/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. X8 xx.xx.1941-ci il tarixdə Ucar rayonu, Qaziyan kəndində doğulmuşdur. Ərizəçi X6 arvadıdır.

2. AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 7 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixdə 402 nömrəli arayış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X2 isə xx.xx.2022-ci il tarixli məktub əsasında ərizəçinin ərinin ölümünün qeydə alınmasından imtina etmişlər.

3. Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində xx.xx.2022-ci il tarixdə, saat 08:13 radələrində Ağ Şəhər “Spektr İnşaat” adlanan ünvanında X6 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.

4. Həmçinin, X6 xx.xx.2022-ci il tarixdə Zeytun sovxozu qəbirstanlığında dəfn olunması barədə Bakı şəhəri Hövsan Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 133 saylı Arayış verilmişdir.

5. Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

6. Ərizəçi xx.xx.1941-ci il təvəllüdlü əri X6 xx.xx.2022-ci il tarixində ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Ərizəçi ərizəsində qeyd etmişdir ki, 20 dekabr 1941-ci il təvəllüdlü əri X8 23 may 2022-ci ildə ölmüşdür. İş yerində öldüyü üçün və üzərində hər hansı bir rəsmi sənədi olmadığına görə Bakı şəhəri TTTYS-nin 2 saylı arayışında əri "naməlum" qeyd edilib. O, ərini ölüxanadan gedib təhvil almışdır. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşmə işləri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası İcbari tibbi sığorta üzrə dövlət agentliyi "Tibbi ərazi bölmələri idarəetmə birliyi" Publik hüquqi şəxsi "Bakı baş səhiyyə mərkəzi" Publik hüquqi şəxsi 7 nömrəli şəhər poliklinikasına və Maraqlı şəxsndə qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmidir. Lakin poliklinika arayışı, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir.

b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

8. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında verilən izahatlar:

10. Ərizəçinin nümayəndəsi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, mərhum onun xalasının əri olub. 2022-ci ilin may ayında ölüm xəbərini eşidən kimi morqa gediblər, sonradan Təcili Tibbi yardıma gedəndə dedilər ki, mərhum öləndə yanında onun şəxsiyyətini müəyyənləşdirən heç kim olmadığından naməlum şəxs kimi qeyd ediblər.

13. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, mərhum onun dostunun atasıdır. O, Ağ şəhərdə mühafizəçi işləyirdi, gecə saatlarında ürəyi tutub. Ərizəçinin atasının dəfnində itirak edib.

14. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

16. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

18. 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

19. İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, ərizəçinin atası X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materiallarında olan sübutlarla təsdiq edilir. Bu barədə verilmiş Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:13 radələrində “Spektr İnşaat” ünvanında X8 oğlunun meyidinin (həkimə qədər ölüm) müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X1 xx.xx.2022-ci il tarixli məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.

23. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X7 xx.xx.2022-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.

24. Qeyd edilən müddəalardan göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (§ 17).

25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 xx.xx.2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə Ucar rayonu, Qaziyan kəndində doğulmuş X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar