Məhkəmə qərarları › İş №2(011)-2438/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2438/2024

02.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2438/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi Sığorta Şirkəti ASC-nin "xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sığorta Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Sığorta Şirkəti ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02105 nömrəli Barışıq sazişinin təsdiq edilməsi, hər bir ödəniş müddəti üzrə ödənilməli məbləğin gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun "xxxx" MMC-də tutularaq Ərizəçi Sığorta Şirkəti ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron ərizə təqdim edərək, barışıq sazişinin şərtləri tam icra edildiyindən ərizə və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçi, ərizənin geri qaytarılması barədə ərizə verdiyindən, barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Sığorta Şirkəti ASC-nin "xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi Sığorta Şirkəti ASC-ə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar