Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2439/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, ərizəçi "xxxx" ASC-nin Maraqlı şəxs MMC-ni maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosessi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi "xxxx" ASC, onunla Maraqlı şəxs MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02103 və MŞB/9/2023-02104 nömrəli Barışıq Sazişlərinin təsdiq edilməsi, hər bir ödəniş müddəti üzrə ödənilməli məbləğin gecikdirilmiş hər gün üçün 0,1 % həcmində dəbbə pulunun və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs MMC-dən tutularaq ərizəçi "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında müəyyən edilir ki, ərizəçi "xxxx" ASC (VÖEN: **********) və Maraqlı şəxs MMC-ni (VÖEN: **********) vergi ödəyicisi olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir və onlar arasında olan mübahisə kommersiya mübahisəsidir. Belə olan halda, hazırkı ərizəyə ümumi rayon məhkəməsində deyil kommerisya məhkəməsində baxılmalıdır. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hazırki ərizə üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Odur ki, hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: Ərizəçi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02103 və MŞB/9/2023-02104 nömrəli Barışıq Sazişlərinin təsdiq edilməsi, hər bir ödəniş müddəti üzrə ödənilməli məbləğin gecikdirilmiş hər gün üçün 0,1 % həcmində dəbbə pulunun və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs MMC-dən tutularaq ərizəçi "xxxx" ASC-yə ödənilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Əriçəyə izah olunsun ki, ərizəsin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2439/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2439/2024
25.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver