Məhkəmə qərarları › İş №2(011)-2478/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2478/2024

07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2478/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum əri xx.xx.1969-cu il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin mərhum ərinin adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq ərinin vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi sonradan ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin ona miras əmlakın qəbulu məqsədilə lazım olduğunu ərizəsində qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 7 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi verilmiş 22 yanvar 2024-cü il tarixli 18-1-1-41/2-B-42-2/2024 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi həyat yoldaşı ünvan 1 ünvanında qeydiyyatda olan mərhum X7 xx.xx.2024-cü il tarixdə Xətai rayonu 204 nömrəli orta məktəbin önündə rəhmətə getmişdir. Ərizəçi həyat yoldaşına ölüm arayışının verilməsi məqsədi ilə 7 nömrəli Şəhər poliklinikasına müraciət etmişdir. Poliklinika ancaq evdə ölüm hadisəsi baş verdiyi halda, Forma N06 təqdim edı bilir. Bu səbəbdən X5 ölüm haqqında tibbi şəhadətnamənin (Forma N06) 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X2 Stansiyasının 21 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 10 yanvar 2024-cü il tarixdə X7 üçün çağırış edilmiş, həmin gün saat 19:01-də Xətai rayonu 204 nömrəli məktəbin önündə kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Zığ Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş arayışın surətindən görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 619598 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Bədirova (Zeynalova) Dilbər Arzuman qızı arasında 22 oktyabr 2010-cü il tarixdə nikah bağlanmış və 1667 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun övladının sinif yoldaşının anasıdır. O, axşam saat yeddiyə qalmış məktəbin qarşısında dayananda, həmin vaxtının ərizəçinin yoldaşı Arif Bədirovun qəfil yıxıldığını görmüşdür. Hamı onun başına toplaşmışdı. Təcili yardım gec gəlmişdi. Ərizəçi məktəbin qarşısına gələnə qədər yoldaşı vəfat etmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. 1991-ci il tarixdən həmin binada ərizəçi ilə qonşu olaraq yaşayır. O, yas mərasimlərində iştirak etmişdir. Ərizəçinin yoldaşı Arif Bədirov qəfil vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X3 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar