Məhkəmə qərarları › İş №2(011)-2534/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2534/2025

10.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2534/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında Bakı 16 saylı Mediasiya təşkilatında MŞB/16-01504 saylı iş üzrə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X18 ilə xx.xx.2004-cü il tarixində nikaha daxil olmuşdur. Nikahları 930 nömrəli akt qeyd ilə qeydə alınmışdır. Birgə nikahdan 22 sentyabr 2004-cü il təvəllüdlü X6, 13 iyun 2009-cu il təvəllüdlü X10 və 11 iyun 2015-ci il təvəllüdlü X7 adlı üç övladları dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan maraqlı şəxsin ona qarşı laqeydliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Ona görə də nikahın pozulması, birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən olunması tələbi ilə Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesin sonunda aralarında barışıq sazişi bağlanmış, həmin sazişə görə maraqlı şəxs birgə nikahdan doğulmuş 13 iyun 2009-cu il təvəllüdlü X4 və 11 iyun 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat alimenti ödəməyi öz üzərinə götürmüşdür. Bundan əlavə o, 22 sentyabr 2004-cü il təvəllüdlü X3 təhsil xərcinə görə hər ay 700 (yeddi yüz) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Maraqlı şəxs ilə aralarında yuxarıda qeyd olunan məzmunda barışıq sazişinin bağlanmasına baxmayaraq o, Bakı 16 saylı Mediasiya təşkilatında MŞB/16-01504 saylı iş üzrə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona görə də hazırki sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, alimentin ödənilməsi ilə bağlı qısa gecikmələr baş vermişdir. 700 manat təhsil xərci ilə bağlı o qeyd etmişdir ki, oğlu Hümbət Allahverdiyev oxumadığından, o sonuncuya təhsil xərci ödəməli deyil. O, yetkinlik yaşına çatmayan uşaqlarına aliment verməyə borclu olsa da, Hümbət Allahverdiyev yetkinlik yaşına çatdığından, sonuncuya 700 manat təhsil haqqı vermək (sonuncunun oxumadığı təqdirdə) onun öhdəliyi deyildir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişinə əsasən:

1. Tərəflər, Maraqlı şəxs və Ərizəçi nikahın pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər.

2. Tərəflər bəyan edir ki, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

3. Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 hər ay sabit pul məbləğində hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödənişini ödənilməsini öz öhdəsinə götürür.

4. Aliment hər ayın 25-dən, 30-dək 2-ci Tərəfin Ərizəçi təqdim etdiyi bank kartına köçürüləcəkdir.

5. Maraqlı şəxs övladı xx.xx.2004-cü il təvəllüdlü X3 təhsil xərcinə görə 700 (yeddi yüz) manat hər ay tərəfin təqdim etdiyi kart hesabına ödəyəcəkdir.

6. 2-ci tərəf (Ərizəçi), 1-ci tərəfə (Maraqlı şəxs) övladları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 heç bir maneə yaratmadan istənilən vaxt ünsiyyətə icazə verir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6367/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2004-cü il tarixdə 930 №-li aktla qeydə alınmış nikahın pozulması qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşaqların valideynlərindən hansının yanında qalması və onun saxlanılması üçün valideynlərin birindən digərinin xeyrinə aliment və sair xərclərin tutulması barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, barışıq sazişinin şərtləri pozulduğundan, onun məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355- 23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qətetdi:

Ərizə təmin edilsin. “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında mediator X15 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/16-01504 saylı barışıq sazişi məcburi icrası üçün aşağıdakı məzmunda təsdiq edilsin: “1. Tərəflər, Maraqlı şəxs və Ərizəçi nikahın pozulmasına razıdırlar və birinci tərəfin bu tələb üzrə məhkəməyə müraciət etməsi barədə razılığa gəldilər.

2. Tərəflər bəyan edir ki, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası Ərizəçi himayəsində qalır.

3. Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 hər ay sabit pul məbləğində hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödənişini ödənilməsini öz öhdəsinə götürür.

4. Aliment hər ayın 25-dən, 30-dək 2-ci Tərəfin - Ərizəçi təqdim etdiyi bank kartına köçürüləcəkdir.

5. Maraqlı şəxs övladı xx.xx.2004-cü il təvəllüdlü X3 təhsil xərcinə görə 700 (yeddi yüz) manat məbləğini hər ay tərəfin təqdim etdiyi kart hesabına ödəyəcəkdir.

6. 2-ci tərəf (Ərizəçi), 1-ci tərəfə (Maraqlı şəxs) övladları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 heç bir maneə yaratmadan istənilən vaxt ünsiyyətə icazə verir.” Qətnamə xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar