Məhkəmə qərarları › İş №2(011)-2557/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2557/2022

10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2557/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 13.01.2022-ci il tarixdə ünvan 2 vəfat etmiş 14.09.1961-ci il təvəllüdlü mərhum həyat yoldaşı X1 ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X3 14.09.1961-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuşdur. Ərizəçi ilə X3 23.07.1986-cı il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X2 24.02.2022ci il tarixli, 05/Q-280/15 saylı məktubu ilə ərizəçinin ərinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, o, Füzuli rayonundan məcburi köçkün kimi hal-hazırda ünvan 1 yaşıyır. O, ailəsi və mərhum həyat yoldaşı X3 ilə həmin ünvanında yaşamışlar. Mərhum həyat yoldaşı X3 ürək və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. 13.01.2022-ci ildə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırmış və həkim gələnədək mərhum həyat yoldaşı artıq keçinmişdir. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. Həmin arayışı yaşadıqları ərazi üzrə 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, ölüm kağızını min bir bahanə ilə verməmişlər və imtina etmişlər. Mərhum həyat yoldaşı X3 13.01.2022-ci ildə vəfat etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçi əmisinin yoldaşıdır. Əmisi şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Yanvar ayında rəhmətə getdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə 13.01.2022-ci il tarixdə, saat 08:31 radələrində ünvan 2 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02.03.2022-ci il tarixdə verdiyi 384 saylı Arayışdan müəyyən olunur ki, X3 13.01.2022-ci il tarixdə vəfat etmiş və Horadiz şəhər qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, iş materiallarında olan 7 nömrəli şəhər poliklinikası tərəfindən 24.02.2022-ci il tarixdə verilmiş 131 saylı Arayışdan müəyyən olunur ki, ərizəçi X1 ölüm haqqında arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, ərizəçi poliklinikaya gec müraciət etdiyindən ölüm haqqında tibbi şəhadətnamənin (Forma № 106) verilməsindən imtina edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X2 24.02.2022-ci il tarixli, 05/Q-280/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər də X1 13.01.2022-ci il tarixində öldüyünü bildirmişlər. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 13 yanvar 2022-ci il tarixdə ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 13 yanvar 2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.09.1961-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində doğulmuş X1 13.01.2022-ci il tarixində ünvan 2 ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar