Məhkəmə qərarları › İş №2(011)-2580/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2580/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2580/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X9 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1944-ci il tarixində anadan olmuş X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası xx.xx.1944-ci il təvəllüdlü X1 rayonu Lallar kəndində anadan olmuş və Saatlı rayonu Saraçalar kəndində yaşamışdır. Mərhum müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən mənzildə yaşamış və orada vəfat etmişdir. Vəfatından sonra Saatlı rayonu, Qara Nuru kəndində dəfn olmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Saatlı rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin o mərhumun adına ölüm haqqında şəhadətnamə verilməyib. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmədən qalmışdır. Ölüm faktının təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması məqsədilə lazımdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X11 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin materialları: İş materiallarında olan AZE seriyalı 06817304 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1944-ci il tarixdə Cəlilabad rayonu, Lallar kəndində anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuş, onun atası X10, anası isə X8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 9 №-li Mənzil-İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 23 nömrəli arayışına əsasən, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 16 saylı evin 11 saylı mənzilində yaşayır. Onun X2 xx.xx.2025-ci il tarixdə ölüb. Ölən gününə qədər Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 16 saylı evin 11 saylı mənzildə yaşayıb. İş materiallarında olan Bakı şəhəri Təcili və X12 Stansiyasının xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2025-ci il tarixində X3 meyiti aşkar edilmişdir. İş materiallarında olan 6 nömrəli Şəhər Poliklinikasının 18-1-1-40/3-33/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X7 3-16-5/8-1xx-xx/2025 saylı məktubundan görünür ki, X6 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. Azərbaycan Respublikası Saatlı rayon Hakimiyyəti başçısının Sarıcalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 37 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, Sarıcılar kənd sakini mərhumə X6 xx.xx.2025-ci tarixdə Bakı şəhərində vəfat etmişdir və Saatlı rayon Qara Nuru kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun qardaşıdır. Rəhmətə gedən isə anasıdır. X2 illər ilə xəstə olub. 5 il bundan əvvəl anasını əməliyyat etdirmək istəsələrdə, ürəyində su yığıldığı üçün eləməyiblər. Buna görə də həkim dərman yazaraq vəziyyətinin ağır olduğunu bildirib. Ölməmişdən 2 ay əvvəl 1 dəfə müalicə elətdiriblər, 2-ci dəfə elətdirmək istəyəndə anası müalicəyə cavab verməyib. Anasının 82 yaşı var idi rəhmətə gedəndə. Yanvarın 26-sı Bakı şəhərində rəhmətə gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası vəfat edən gün orda olduğunu bildirmişdir. X6 qadın idi və xəstə idi. Birdən birə vəfat etmişdir. Mərhum rayonda dəfn olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1944-ci il tarixində Cəlilabad rayonu, Lallar kəndində anadan olmuş X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar