Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2629/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi, tərcüməçi X3 iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏY YƏN ETDİ: Ərizəçi 6 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək atalığı, 15.08.1940-ci il təvəllüdlü X4 27.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 28.08.1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. X8 İliniçna, atalığı X5 21.04.1966-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Uzun müddət onlarla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Anası 25.06.2020-ci ildə vəfat etmişdir. Atalığı ilə birlikdə mehribncasına yaşamışdır. X7 27.02.2022-ci ildə vəfat etmişdir. Onun 27.02.2022-ci ildə vəfati ilə əlaqədər 7 saylı Tibbi yardımçı stansiyanın tibbi rəyi var. Atalığının ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməsinin alınması üçün 6 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, amma qeydiyyat şöbəsi atalığının ölümü ilə bağlı imtina cavabı vermiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində ərizəçinin ailə dostu olduğunu, onun atalığı X4 27.02.2022-ci il tarixdə vəfat etdiyini, dəfn mərasimində iştirak etməsə də, dəfn bürosuna zəng edərək dəfni təşkil etdiyini göstərdi. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hallar aşağıdakılardan ibarət olmuşdur: İ-İE seriyalı, 464505 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rudko (Yelyuxina) Klavdiya İliniçna, atalığı X7 arasında nikah 21.04.1966-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 18 nömrə qeyd edilmişdir. İJ seriyalı, 415195 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ələkbərova (Yelyuxina) Lyudmila Anatolyevna 28.08.1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası qrafasında Zamtsova (Rudko) Klavdiya İliniçna qeyd edilmişdir. Bakı şəhəri Təcili və X2 Statistika şöbəsinin 27.02.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən göründüyü kimi, 27.02.2022-ci il tarixdə saat 23:49 radələrində X4 adına təcili tibbi yardım stansiyasına çağırış verilmiş, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunmuşdur. Baki Baş Səhiyyə İdarəsi 7 nömrəli Şəhər Poliklinikasinın 02.03.2022-ci il tarixli, 162 saylı məktubundan görünür ki, Ərizəçi atalığının ölüm arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Lakin mərhumun son bir il ərzində poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciəti olmadığından, ölüm haqqında tibbi şəhadətnamə (Forma N106) verilməsi mümkün olmamışdır. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin 09.03.2022-ci il tarixli, 05/Q-366/15 saylı məktubundan görünür ki, Ərizəçi atalığı X4 ölümünün qeydiyyata alınması barədə müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamənin olmamasına görə ərizənin təmin edilməsinin mümkün olmaması və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, Ərizəçi atalığı X4 27.02.2022-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Ona görə də, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.08.1940-ci il təvəllüdlü X4 27.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2629/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2629/2022
22.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver