Məhkəmə qərarları › İş №2(011)-2674/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2674/2025

14.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2674/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, özü ilə Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış MŞB/8/2024-02238 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”-nin məcburi icrası üçün həmin Sazişin alimentə aid hissəsində məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024- 02238 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” Ərizəçi Maraqlı şəxs-nin (VÖEN:**********) Bu saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqının və ödənilməmiş son haqq-hesabın ödənişi olaraq 9500 (doqquz min beş yüz) manat pul məbləğini tam şəkildə iddiaçıya məxsus bank kartı hesabına ödəniləcəyi ilə bağlı Maraqlı şəxs sazişi heç bir şərtləri yerinə yetirilməmişdir. Ərizəçi məhkəməyə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X4 məhkəmə iclasında barışıq sazişində nəzərdə tutulan 9000 manatdan 4500 manat ödəniş olunduğu bildirirərək mart ayının axırları, aprel ayının 15nə qədər qalıq məbləği ödəyə biləcəklərini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs-nin etibarnamə üzrə nümayəndəsi X4 arasında bağlanmış 8 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 2-ci maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, tərəflər razılaşır ki, bu saziş imzalandıqdan sonra xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqının və ödənilməmiş son haqq-hesabın ödənişi olaraq 9500 (doqquz min beş yüz) manat pul məbləği tam şəkildə birinci tərəf: Ərizəçi məxsus bank kartına hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.İkinci tərəf: “Conrad MMC” (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və Öz üzərinə götürdüyü öhdəliklərini pozuğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəmətə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazışı imzalanmışdır. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə qeyd olunan son haqq-hesab 9500 manat məbləği ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə son haqq-hesabın ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə 8 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Birinci tərəf: Ərizəçi (Ş/V AA*******, FİN: xxxxxxx, xx.xx.1976-cı il təvəllüdlü) İkinci tərəf (sabiq işə götürən şirkət) Maraqlı şəxs ödənilməmiş əmək haqqının və ödənilməmiş son haqq-hesabın ödənişi olaraq 9500 (doqquz min beş yüz) manat pul məbləğini tam şəkildə ona (birinci tərəfə) məxsus İkinci tərəfə təqdim edəcəyi bank kartı hesabına ödəniləcəyi ilə Maraqlı şəxs MMC-nin öz üzərinə götürdüyü öhdəliklə razıdır.

2. Birinci tərəf: Məmmədov X1 imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.

3. İkinci tərəf: (sabiq işə götürən şirkət) Maraqlı şəxs (VÖEN: **********) (sabiq işci) Birinci tərəf: Məmmədov X1 imzalandıqdan sonra xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqının və ödənilməmiş son haqq-hesabın ödənişi olaraq 9500 (doqquz min beş yüz) manat pu məbləği tam şəkildə Birinci tərəf: Ərizəçi məxsus bank kartına hesabına ödəniləcəyinə dair öz üzərinə öhdəlik götürür.

4. İkinci tərəf: Maraqlı şəxs MMC (VÖEN: **********) Bu Saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar