Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2699/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum X1 əridir. Kifayət Qaçayeva xx.xx.1964-cü il tarixdə Qazax rayonunun Kalininkənd kəndində doğulmuşdur.
2. Bakı şəhəri Təcili və X2 Stansiyası PHŞ-nin 7 saylı Yardımçı stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə, saat 02:00 radələrində ünvan 1 ünvanında X1 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.
3. Ərizəçi arvadının ölümü haqqında şəhadətnamə almaq üçün Zığ Sağlamlıq Mərkəzinə müraciət etsə də, X3 hər hansı bir xəstəliklə müraciət etməməsi, orada qeydiyyatda olmaması və yaşayış yerinin Bakı şəhəri, Xətai rayonu, Sadqcan küçəsi, giriş “V”, ev 4A, mənzil 62 olması səbəbindən 106 nömrəli forma verilməsi mümkün olmamışdır. AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 38 nömrəli şəhər poliklinikası xx.xx.2024-cü il tarixli, 70 nömrəli məktubla, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli, 3-16-5/8-15-125/2024 saylı məktubu ilə ərizəçinin arvadının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuş arvadı X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, mərhum Kifayət Qaçayeva 1964-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə qəflətən yaşadıqları ünvanda vəfta etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Qala qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Kifayət Qaçayevanın adına ölüm haqqında şəhadətnamə verilməmişdir.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidməti” mərkəzi Qeydiyyat məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçinin qardaşıdır. Kifayət Qaçayevanın son zamanlar böyrəyində problm yaranmışdı. Həmin xəstəliyəə görə də 2024-cü ilin yanvar ayının təxminən 27-də vəfat etdi. Ərizəçi ona zəng edərək Kifayət Qaçayevanın vəfat etdiyini bildirdi.
10. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi onun qızının qaynatasıdır. Kifayət Qaçayeva 1 ay dializ xəstəliyindən əziyyət çəkdi, daha sonra təxminən 2024-cü ilin yanvar ayının 27-də vəfat etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə arvadının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı