Məhkəmə qərarları › İş №2(011)-2709/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2709/2025

16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2709/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etməsi faktı barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Ərizəçi atası X12 xx.xx.1960-cı ildə Gürcüstanın, Mameuli rayonunda anadan olmuşdur, xx.xx.2025- ci il tarixində ünvan 1 ünvanında vəfat etmişdir. X2 xx.xx.2025-ci il tarixində özünü pis hiss etdiyi vaxt yaxınları tərəfindən dərhal təcili tibbi yardıma xəbər verilmiş, Bakı Şəhəri Təcili və X4 Stansiyası 9 saylı bölməsinin briqadası ünvana gələnə qədər o, vəfat etmişdir. Bakı Şəhəri Təcili və X4 Stansiyası 9 saylı bölməsinin briqadası öz növbəsində şəxsin ölməsini təsdiq etmiş və “ölüm haqqında xəbərdarlıq vərəqəsi” tərtib etmişdir. Mərhum vəfat etdiyi, xx.xx.2025-ci il tarixində də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən məzarlıqda yaxınları tərəfindən dəfn edilmişdir. Şəxsin vəfat etməsindən bir neçə gün sonra oğlu, ərizəçi - Ərizəçi mərhum atasının qeydiyyatda olduğu ünvan üzrə 6 nömrəli şəhər poliknikasına “Ölüm haqqında tibbi şəhadətnamə”-nin (forma 106) əldə edilməsi üçün müraciət etmişdir. 6 nömrəli şəhər poliklinikası tərəfindən “ölümə səbəb diaqnozla müraciət olmadığı” iddiası əsas gətirilərək “ölüm haqqında tibbi şəhadətnamə”nin (forma 106) verilməsindən rəsmi qaydada imtina edilmiş və 8 yanvar 2025-ci il tarixli 18-1-1-40/3-6/2025 nömrəli arayış təqdim edilmişdir. X2 ürək xəstəliyindən əziyyət çəkirdi. xx.xx.2024-cü il tarixində “Olimp” Hospitalda açıq ürək əməliyyatı edilmişdi. Əməliyyatdan sonra vəziyyəti daha da ağırlaşdı, nəticədə 3 yanvar 2025-ci il tarixində səhər saatlarında vəfat etdi. Mərhum vəfat edərkən yanında yaxınları X8, X5, X6, X1, X9 olmuş və onun ölüm faktına şahidlik etmişlər. Onlar bunu tərtib etdikləri əlyazma akt ilə də təsdiqləyirlər. X18 yeni vəfat etdiyi üçün məzarı üzərinə hələ ki, baş daşı qoyulmamışdır. Sübut kimi istifadəsi mümkün olmasa da mərhumun dəfn olunduğu məzarın görüntülərini də ərizələrinə əlavə ediblər. Bundan sonra X18in “ölüm haqqında şəhadətnamə” alınması üçün xx.xx.2024-cü il tarixində ərizə ilə Maraqlı şəxsnə müraciət ediblər. Lakin bu günə qədər həmin qeydiyyat şöbəsi heç bir cavab verməyib (poçt qəbzi və ərizə əlavə olunur). Bütün bunlar səbəbi ilə X2nun ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur qaldılar. Hazırda X2nun adına olan əmlakın vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Mərhumun ölüm haqqında şəhadətnaməsi olmadığından övladları vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmirlər. Buna görə də məhkəmə qaydasında X7 ölüm faktının müəyyən edilməsi zəruridir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X12 onun qardaşıdır. O, ürək xəstəliyindən əziyyət çəkirdi. Uzunsürən müalicələr nəticə verməmişdir və qardaşı xx.xx.2025-ci il tarixdə dünyasını dəyişmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X12 onun qayını olub. O, xx.xx.2025-ci il tarixdə ürək çatışmamazlığından vəfat edib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X20 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X20 6 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X12 hər hansı xəstəliklə 6 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında sənəd verilməsi mümkün deyil. İş materialarında olan Təcili və X11 Stansiyasının xx.xx.2025-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 05:00-da ünvan 3 ünvanında kişi cinsinə məxsus meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixində Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası X7 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar