Məhkəmə qərarları › İş №2(011)-2714/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2714/2023

17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2714/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə doğulmuş atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, atası xx.xx.1959-cu il tarixdə Göyçay rayonunda anadan olmuşdur, özü xaricdə yaşayıb işləyir, xx.xx.2023-cü ildə saat 17:36-da atasının vəfatı ilə bağlı anasından zəng gəlmişdir, mart ayının 2-si gəlib çata bilmiş, həmin gün atası Göyçay rayon Kürdşaban Bələdiyyəsinin ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur, atasının xəstəlikləri olmuşdur, anası ilə birlikdə yaşamışdır, 64 yaşında vəfat etmişdir, onun ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümü təsdiq edən sənəd olmadığından mərhum atasının ölümünə dair şəhadətnamə ala bilməmişdirlər, bu barədə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1966-cı il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin anasıdır, mərhumun yoldaşı olmuşdur, özü işləyir, xx.xx.2023-cü i tarixdə yoldaşı Fizuli ona zəng edərək, ürəyində sancı olduğunu bildirmişdir, ona təcli yardıma getməsini demiş, amma o getməmişdir, evə gələndə onunla danışmışdırlar, lakin birdən səs kəsilmişdir, həyətə girəndə maşında başının aşağı olduğunu görmüş, həkim çağırmışdır, məlum olmuşdur ki, yoldaşı vəfat etmişdir, səhəri gün onu dəfn etmişdirlər. Məhkəmə iclasında xx.xx.1962-ci il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin əmisidir, mərhumun qardaşı olmuşdur, işdə olarkən xx.xx.2023-cü il tarixində qardaşı vəfat etmişdir, axşam evə gedəndə ona qardaşının narahat olduğunu demiş, vəfat etdiyini deməmişdirlər, lakin yolda gələndə artıq qardaşının rəhmətə getdiyini demişdirlər. İş materiallarında olan AZE seriyalı 07217307 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu ildə Göyçay rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 19 №-li “Arayış”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:10-da Mehmandarov 54, blok 6 ünvanında X2 adına gələn həkim X11 xəstəyə həkiməqədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 07 mart 2023-cü il tarixli, 3-16-5/8-15-S- 512/2023 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Göyçay rayon Kürdşaban Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03 nömrəli “Arayış”dan görünür ki, X5 02 mart 2023-cü il tarixdə vəfat etmişdir, mərhum X1 rayon Kürdşaban Bələdiyyəsinin ərazisində yerləşən Yenikənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmiş, Göyçay rayon Kürdşaban Bələdiyyəsinin ərazisində yerləşən Yenikənd kənd qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Məhkəmə hesab edir ki, faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi atasının ölməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar