Məhkəmə qərarları › İş №2(011)-2726/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2726/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2726/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, birgə ailə münasibətindən 10 noyabr 1989-cu il tarixində X4 adlı bir övladı dünyaya gəlmiş, cəmi 2 ay yaşadıqdan sonra vəfat etmişdir. Ərizəçiyə məxsus Bakı Radioquraşdırma İstehsalat Birliyi tərəfindən 0096 nömrəli order verilmişdir. Həmin orderdə ailə üzvlərinin siyahısı və eləcə də rəhmətlik qızı X4 adı qeyd olunduğundan adı çəkilən mənzili özəlləşdirmək istədiyi zaman ərizəçidən orderdə adı olan şəxslərin razılıq ərizəsi tələb olunmuşdur. Ərizəçi qızı X1 1989-cu ildə rəhmətə getdiyini bildirsə də, bu zaman ölüm haqqında şəhadətnamə tələb olunmuşdur. Bu səbəbdən də zərurət yarandığı üçün ərizəçi maraqlı şəxsə rəsmi ərizə ilə müraciət edərək, övladı barəsində ölüm şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Maraqlı şəxs 03 fevral 2023-cü il tarixli məktubu ilə ərizəçiyə imtina verərək bildirmişdir ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Mübahisə və zərurət yarandığı üçün ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 10 noyabr 1989-cu ildə doğulmuş X1 10 yanvar 1990-cı il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş İV-ЖГ seriyalı, 282977 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında 24 sentyabr 1986-cı il tarixdə nikah bağlanmış və 260 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı, 479122 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 noyabr 1989-cu il tarixdə doğulmuşdur, anası Ərizəçi, atası isə X2r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 03 fevral 2025ci il tarixli, 3-16-5/8-15-M-15-144 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin 1989-cu ildə qız övladı olmuş və 2 ay sonra vəfat etmişdir. Uşaq travmalı, vaxtında əvvəl doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi ilə 1885-ci ildən qonşudurlar. Ərizəçinin qızı 1989-cu ildə doğulmuş və 2-3 aylıq olanda vəfat etmişdir. Yoldaşı Kamil şəhid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, ərizəçinin qonşusudur. ünvan 1 ünvanında yaşayır. Ərizəçinin övladı 10 noyabr 1989-cu ildə X4 anadan olmuşdur. Travmalı və yarımçıq doğulduğuna görə yanvar ayında rəhmətə getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Məhkəmə hesab edir ki, 10 noyabr 1989-cu il təvəllüdlü X1 10 yanvar 1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10 noyabr 1989-cu il təvəllüdlü X1 10 yanvar 1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar