Məhkəmə qərarları › İş №2(011)-2746/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2746/2023

02.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2746/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdə doğulmuş qızı X2 xx.xx.1996-cı il tarxdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yengicə kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 18 oktyabr 1983-cü ildə X3 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. Birgə nihakdan onların xx.xx.1996-cı il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. X4 doğulduqdan bir neçə ay sonra, yəni xx.xx.1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yengicə kəndində qəflətən vəfat etmiş və o, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yengicə kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən, mərhum həyat yoldaşı xx.xx.2022-ci il tarixdə ölmüş X1 adına olan 2 saylı mənzilin vərəsəlik qaydasında miras kimi qəbul etmək zərurəti yaranmışdır. Bunun üçün qızı Rənanın ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Bakı şəhəri “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının həmin qurumun nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİX-ЖГ nömrəli 480729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materillarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan ******* saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X4 xx.xx.1996-cı ildə Şərur rayonu, Yengicə kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş X7 Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, mərhum X4 xx.xx.1996-cı ildə Şərur rayonu, Yengicə kəndində anadan olmuş və xx.xx.1996-ci ildə Şərur rayonu Yengicə kəndində vəfat etmişdir və kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 ölün haqqında məlumatın müəyyən edilməsi məqsədilə X8 tərəfindən 1993-cü ildən 2014-cü illər üzrə bərpa akt qeydi kitabları axtarılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1996-cı il təvəllüdlü X2 xx.xx.1996-ci il tarixdə Şərur rayonu Yengicə kəndində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 16 iyul 1996-ci il təvəllüdlü X2 12 noyabr 1996-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yəngicə kəndində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 16 iyul 1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 12 noyabr 1996-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yəngicə kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar