Məhkəmə qərarları › İş №2(011)-2774/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2774/2025

21.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2774/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01773 nömrəli barışıq sazişinin şərtlərinin uşaqla ünsiyyətə dair 5, 6 və 7-ci hissələrində təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər 2016-cı ildə nikaha daxil olmuş, 2017-ci ildə Damla adlı qızları anadan olmuşdur. Tərəflərin nikahları pozulmuşdur. Aralarında uşaqla ünsiyyət və alimentə dair müqavilə imzalanmışdır. Maraqlı şəxs barışıq sazişini uşaqla ünsiyyət hissəsində könüllü icra etmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, Maraqlı şəxs onun uşağı ilə sərbəst görüşməsinə maneə yaradır. O, alimenti vaxtlıvaxtında ödəyir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında göstərmişdir ki, ərizəçi alimenti vaxtlı-vaxtında ödəmir. O bildirmişdir ki, son zamanlar uşaqla ünsiyyətin təmin edilməsinə şərait yarada bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 5. Tərəflər razılaşırlar ki, Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X1 ilə uşaq 16 yaşına çatanadək həftədə bir gün – hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək sərbəst görüşə bilər. 6. Tərəflər razılaşırlar ki, əlamətdar və xüsusi günlərdə qarşılıqlı razılıqla atanın uşaqla ünsiyyətdə olması üçün əlavə görüş vaxtı təyin edilə bilər. 7. Tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il təvəllüdlü X1 16 yaşına çatdıqdan sonra uşağın istəyini nəzərə alaraq, atanın uşaqla ünsiyyətdə olmasını qarşılıqlı razılıqla həll edəcəklər. Əgər atanın uşaqla ünsiyyətdə olmasının qarşılıq razılıq əsasında həll olunması mümkün olmazsa, tərəflər bununla bağlı yenidən mediasiyaya və ya məhkəməyə müraciət edəcəklər. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında atası Ərizəçi, anası Maraqlı şəxsdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X1 ilə uşaq 16 yaşına çatanadək həftədə bir gün – hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək sərbəst görüşə bilər. Əlamətdar və xüsusi günlərdə qarşılıqlı razılıqla atanın uşaqla ünsiyyətdə olması üçün əlavə görüş vaxtı təyin edilə bilər. xx.xx.2017-ci il təvəllüdlü X1 16 yaşına çatdıqdan sonra uşağın istəyini nəzərə alaraq, atanın uşaqla ünsiyyətdə olmasını qarşılıqlı razılıqla həll edəcəklər. Əgər atanın uşaqla ünsiyyətdə olmasının qarşılıq razılıq əsasında həll olunması mümkün olmazsa, tərəflər bununla bağlı yenidən mediasiyaya və ya məhkəməyə müraciət edəcəklər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın ondan ayrı yaşayan valideyni ilə ünsiyyət qaydası barədə valideynlər arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Məhkəmə araşdırması zamanı həmin sazişin uşaqla ünsiyyətin müəyyən edilməsi ilə əlaqəli şərtlərinin könüllü şəkildə icra olunması öz təsdiqini tapmadığından, saziş tələb olunan hissədə təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin etibarsızlığına dəlaət edən hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. “Birinci tərəf” Maraqlı şəxs və “İkinci tərəf” Ərizəçi arasında mediator X2 tərəfindən təsdiq edilmiş MŞB/8/-2024-01773 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda göstərilən bəndlərinin icrası üçün aşağıdakı hissədə təsdiq edilsin: “5. Tərəflər razılaşırlar ki, Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X1 ilə uşaq 16 yaşına çatanadək həftədə bir gün – hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək sərbəst görüşə bilər.

6. Tərəflər razılaşırlar ki, əlamətdar və xüsusi günlərdə qarşılıqlı razılıqla atanın uşaqla ünsiyyətdə olması üçün əlavə görüş vaxtı təyin edilə bilər.

7. Tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il təvəllüdlü X1 16 yaşına çatdıqdan sonra uşağın istəyini nəzərə alaraq, atanın uşaqla ünsiyyətdə olmasını qarşılıqlı razılıqla həll edəcəklər. Əgər atanın uşaqla ünsiyyətdə olmasının qarşılıq razılıq əsasında həll olunması mümkün olmazsa, tərəflər bununla bağlı yenidən mediasiyaya və ya məhkəməyə müraciət edəcəklər.” Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar