Məhkəmə qərarları › İş №2(011)-2786/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2786/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2786/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İşin iddia ərizəsində göstərilən faktiki hallarına görə, ərizəçinin oğlu X12 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X4 Lerik rayon Kornədi kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin ölümü təsdiq edən sənəd olmadığı üçün ala bilməmişdir. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.1986-cı il təvəllüdlü oğlu X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, X4 onun oğludur, xərçəng xəstəsi idi və Rusiyada yaşayırdı. Mərhum 2 dəfə əməliyyat olunmuş, daha sonra isə sağalmadığı üçün Azərbaycana qayıtmışdırş. Həmçinin ərizəçi çıxışında qeyd etmişdir ki, mərhum xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-437/2023 saylı məktub ünvanlayaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 izahat verərək bildirdi ki, mərhumla onlar qonşudurlar. O qeyd etmişdir ki, təcili tibbi yardımın gəldiyini görmüş, daha sonra isə ağlaşma səsləri eşitmişdir. X1 mərhumun öz yatağında ölmüş halda görüdüyünü bildirmişdir. X5 izahat verərək bildirdi ki, o mərhumla qonşudur, mərhum onun oğlu ilə birgə oxumuşdur. Həmçinin o öz izahatında qeyd etmişdir ki, X12 xəstə idi, buna görə də onu görmək üçün ziyarət etmiş, lakin mərhumun artıq can verdiyini görmüşdür. X11 mərhumun yasında iştirak etdiyini də bildirmişdir. X3 izahat verərək bildirdi ki, mərhum xəstə idi, o Rusiyadan gəldiyi vaxtda artıq ölümcül halda idi. X9 qeyd etmişdir ki, o X7 ölüm anında orda olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - xx.xx.2023-cü il tarixli “Bakı Şəhəri Təcili və X10 Stansiyası” PHŞ X16 Vərəqəsi; - Bakı şəhər Təcili və X10 stansiyasının 6 saylı bölməsinin xx.xx.2023-cü il tarixli, 0847 saylı Təcili və X10 stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsinə əsasən xx.xx.2023-cü il 14:30-da X12 adına çağrış daxil olmuş, “həkimə qədər ölüm, kişi cinsli meyid” diaqnozu qoyulmuşdur; - Azərbaycan Respublikası Lerik Rayonu İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27.02.23-cü il tarixli 5-65-40/2-2- 5/2023 saylı arayışdan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə Lerik rayonunun Kornədi kəndində qəbristanlığında dəfn olunmuşdur; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 24.-2.2023-cü il tarixli №3-16-5/7-Y-265/75/23 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olamdığından ölümün qeyd alınması şöbə tərəfindən mümkün olmamış, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X7 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X7 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X7 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X7 xx.xx.2023-cü il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay sonra qanuni qüvvəyə minir.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar