Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2794/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bədəlova (Mürsəlova) Gülşən Dinam qızı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bədəlova (Mürsəlova) Gülşən Dinam qızı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 xx.xx.1942-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvanda vəfat etmişdir. Ölüm faktı BŞT və X5 Stansiyası tərəfindən həmin gün xx.xx.2022-ci il tarixində qeydə alınmış və 87 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Tərəflərindən adiyyəti üzrə 38 saylı şəhər Poliklinikanın sahə həkiminə ölüm faktını təsdiq edən (forma- 106) tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunsa da baş həkim AR-nın SN-nin xx.xx.2015-ci il saylı əmrini, eləcə də mərhum anasının həmin polikninkada qeydiyyatda və tibbi kitabçasının olmaması əsas gətirilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Eləcə də 6 saylı Asan xidmət vasitəsi ilə Qeydiyyat şöbəsinə müraciət olunmuş və yenə də imtina məktubu verilərək məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi Bədəlova (Mürsəlova) Gülşən Dinam qızı ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirmiş, ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı şəhər klinik xəstəxanasının MRT müayinəsinin çıxarışında (epikriz) hər iki təpə paylarda subkortikal, hər iki periventrikulyar sahələrdə aterosklerotik ensefalopatiyaya uyğun işıqlanma ocaqlarının olduğu göstərilmişdir. İş materiallarında olan BŞT və X5 stansiyası tərəfindən verilən xəbərdarlıq vərəqəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə xəstə X1 yanına gəldikdə həkiməqədər ölüm faktı müəyyən olunmuşdur. İş materiallarında olan Xətai rayonu 38№-li Şəhər Poliklinikasının rəhbərliyi tərəfindən verilən məktubda göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”-nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə ünvan 2 ünvanında yaşamış xx.xx.1942-ci il təvəllüdlü X2 tərəflərindən ölüm haqqında sənəd (forma 106) verilə bilmir. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçi Bədəlova (Mürsəlova) Gülşən Dinam qızına ünvanlanmış 12 mart 2022ci il tarixli, 05/Q-375/15 saylı məktubdan görünür ki, onun ərizəsinə baxılmış və Azərbaycan Respublikası Nazirlər kabinetinin 145 saylı, 31.0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.1942-ci il təvəllüdlü X1 20 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X1 20 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi 6 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2794/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2794/2022
17.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver