Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-282/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X7, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, atası X8 2017-ci ilin iyulun 01-də, anası X5 isə 2012-ci ilin sentyabrında 19-da vəfat etmişlər. X1 ölümündən sonra onun 4 vərəsəsi və ondan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin iki otaqlı 1-ci mənzili miras olaraq qalmışdır. Həmin mənzilə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2007-ci ilin sentyabrın 01-də MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Adı çəkilən evdə o, Cavabdeh4 yaşamış, Cavabdeh3 son vaxtlar yaşamağa başlamış, Cavabdeh2 isə Xətai rayonu, Sarayev küçəsindəki 117 saylı hündürmərtəbəli evdə yaşayır. Miras açılandan sonra, yəni 2012-ci il sentyabrın 19-dan sonra o, və Cavabdeh4 mirası qəbul etməklə faktiki olaraq idarə etməyə başlamaqlarına baxmayaraq, mirasın 4 vərəsə arasında payları bərabər olmaqla ¼ hissədə bölünməsinə etiraz etməmiş, lakin Cavabdeh2 razılıq verməmiş, mirasın bütünlüklə onun adına keçirilməsindı israr etmiş, analarının adına olan mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı özündə saxlamaqla Bakı şəhəri 18 saylı Notariat Ofisinə təqdim etməkdən imtina etmiş, bu səbəbdən, həmçinin mirasın bölüşdürülməsi barədə vərəsələr arasında mübahisə olduğundan sonuncu 2021-ci il sentyabrın 15-də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuş, ona görə də məsələ məhkəmədən kənar öz həllini tapmamış, məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Adı çəkilən miras əmlaka dair hüquqmüəyyənedici sənədin, yəni çıxarışın əsli ikinci Cavabdeh2dır və o, həmin sənədi verməməkdə israr edir. O, hesab edir ki, mirasın bölüşdürülməsi barədə vərəsələr arasında mübahisə olduğu üçün adı çəkilən mənzilin çıxarışının əsli digər tərəf- Cavabdeh2 alınmaqla 2012-ci il sentyabrın 19-da vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin iki otaqlı 1-ci mənzilinin üzərində paylar bərabər olmaqla ¼ hissədə onun, yəni İddiaçı, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh4 və ¼ hissədə Cavabdeh3 vərəsəlik hüququ tanınmalı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinin üzərinə qoyulmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 2012-ci il sentyabrın 19-da vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin iki otaqlı 1ci mənzilinin üzərində paylar bərabər olmaqla ¼ hissədə onun, yəni İddiaçı, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh4 və ¼ hissədə Cavabdeh3 vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinin üzərinə qoyulması барядя гятнамя qəbul edilməsini və X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin iki otaqlı 1-ci mənzilinin hüquqmüəyyənedici sənədin əslinin, yəni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əslinin Cavabdeh2 alınmasının təmin edilməsini məhkəmədən хащиш етмишдир. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X9 iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, 2012-ci il sentyabrın 19-da vəfat etmiş anası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin iki otaqlı 1ci mənzilinin üzərində paylar bərabər olmaqla ¼ hissədə onun, yəni İddiaçı, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh4 və ¼ hissədə Cavabdeh3 vərəsəlik hüququnun tanınması барядя гятнамя qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 hər biri ayrıayrılıqda Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin iki otaqlı 1-ci mənzilinin üzərində paylar bərabər olmaqla ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh4 və ¼ hissədə Cavabdeh3 vərəsəlik hüququnun tanınması барядя гятнамя qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Bakı şəhəri 18 saylı Notariat Ofisi və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Беля ки, iş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, 19 sentyabr 2012-ci il tarixdə vəfat etmiş mərhum anası – X2 qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə baxılmış və mərhumun adına olan əmlakın hüquqmüəyyənedici sənədinin olmaması və ailədə digər vərəsələrin mübahisəsini nəzərə alaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etdiklərini bildirmişlər və bununla bağlı məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 185763 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 sentyabr 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 881101 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 iyul 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 174069 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1977-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası isə X4r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 24, 1 saylı mənzil 01 sentyabr 2007-ci il tarixində X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş ərizələrdən görünür ki, onlar, onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, iddia tələbini qəbul etdiklərini bildirmişlər. Mülki Məcəllənin (bundan sonra bu Məcəllənin müddəalarına istinad ediləcək) 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.(Maddə 1134.1.) Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. (Maddə 1159.2.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (1243.2) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (1243.3) Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, İddiaçı və digər cavabdehlərin anaları-X3 ölümündən sonra onun 4 vərəsəsi və ondan Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı evin iki otaqlı 1-ci mənzili miras olaraq qalmışdır. İddiaçı 19 sentyabr 2012-ci il tarixdə vəfat etmiş mərhum anası – X2 qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə Bakı şəhəri 18 saylı Notariat Ofisində baxılmış və mərhumun adına olan əmlakın hüquqmüəyyənedici sənədinin olmaması və ailədə digər vərəsələrin mübahisəsini nəzərə alaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etdiklərini bildirmişlər və bununla bağlı məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Məhkəmə zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, ərizə təqdim edərək, anaları X2 miras qalmış daşınmaz əmlakda paylarının bərabər hissələrdə olmaqla vərəsəlik hüquqlarının tanınmasını xahiş etmişlər. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və 2012-ci il sentyabrın 19-da vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin 1 nömrəli mənzilinin üzərində paylar bərabər olmaqla ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh4 və ¼ hissədə Cavabdeh3 vərəsəlik hüquqları tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. 2012-ci il sentyabrın 19-da vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin 1 nömrəli mənzilinin üzərində paylar bərabər olmaqla ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh4 və ¼ hissədə Cavabdeh3 vərəsəlik hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-282/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-282/2022
13.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver