Məhkəmə qərarları › İş №2(011)-2834/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2834/2022

24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2834/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.1947-ci il tarixdə doğulmuş bacısı X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X3 xx.xx.1947-ci il tarixdə Sabirabad şəhərində doğulmuşdur. Ərizəçi ilə X1 qardaşıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X4 xx.xx.2022ci il tarixli, 05/Q-419/15 saylı məktubu ilə ərizəçinin bacısının ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, bacısı X3 xx.xx.1947-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfat etdiyi həmin gün Bakı şəhəri, Hövsan qəsəbəsi Quşçuluq y/s sahəsi qəbristanlıgında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası 6 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum bacısı X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, ərizəçi dayısıdır. 11 mart 2022ci il tarixində dayısına zəng edəndə o, bildirdi ki, evə gələndə bacısının öldüyünü görüb. O, çatanda artıq təcili tibbi yardım gəlmişdi. X7 qəbirstanlığında dəfn olunub. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, ərizəçi dayısıdır. Xalası bir neçə gün idi ki xəstə idi. 11 martda ərizəçi ona zəng edərək xalasının rəhmətə getdiyini deyib. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X6 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə xx.xx.2022-ci il tarixdə, saat 12:40 radələrində ünvan 1 ünvanında X1 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixdə verdiyi 465 saylı Arayışdan müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Hövsan qəsəbə, Quşçuluq yaşayış sahəsi qəbirstanlığında dəfn olunmuşdur. Bundan başqa, iş materiallarında olan 38 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixdə gğndərilmiş 94 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 03.6.2015-ci il tarixli 52 nömrəli əmrinə əsaəsn X2 ölüm haqqında tibbi şəhadətnamənin (Forma № 106) verilməsindən imtina edilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan xidmət” X4 xx.xx.2022-ci il tarixli, 05/Q-419/15 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Məhkəmə iclasında dindirilmiş şahidlər də X1 xx.xx.2022-ci il tarixində öldüyünü bildirmişlər. Beləliklə, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 11 mart 2022-ci il tarixdə ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə bacısının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 11 mart 2022-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixdə Sabirabad şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar