Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2835/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il tarixdə doğulmuş əri X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, yoldaşı X6 xx.xx.1952-ci il tarixdə Bakıda doğulmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, vəfat etdiyi həmin gün Bakı şəhəri, Pirşağı qəsəbəsində qəbirstanlıqda dəfn olunmuşdur, ölüm haqqında şəhadətnamənin alınması üçün 6 saylı Bakı ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhum yoldaşının adına ölüm haqqında şəhadətnamə verilməmişdir, həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iclasınnümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1983-cü təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi anasıdır, mərhum şəxs atasıdır, atasının 70 yaşı olacaqdı, xəstə idi, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, Pirşağı qəsəbəsində dəfn olunmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1981-ci il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçini tanıyır, mərhumun yoldaşıdır, özü qonşudur, mərhum mart ayında səhər tezdən vəfat etmişdir, özü xəstə idi, Pirşağı qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:30-da ünvan 1 ünvanına çağırış üzrə gedən 7 saylı bölmənin təcili tibbi yardım briqadası 70 yaşlı X3 həkiməqədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan Pirşağı bələdiyyəsi tərəfindən verilmiş 94 nömrəli xx.xx.2022ci il tarixli Arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixində 07/468 saylı tibbi arayışa əsasən vəfat etmiş və Pirşağı qəsəbə qəbirstanlığında dəfn edilib. İş materiallarında olan 7 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş 223 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, mərhumun poliklinkaya hər hansı bir xəstəliklə bağlı müraciəti və ambulator kartı olmadığından poliklinikanın ölüm haqqında şəhadətnamə verməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05\Q-435/15 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında vəfat etmiş, Pirşağı qəsəbə qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun həyat yoldaşıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1932-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2835/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2835/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver