Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2849/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-cı il tarixdə doğulmuş övladı X5 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, “mən xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi və mərhum həyat yoldaşım xx.xx.1957-ci il təvəllüdlü X6 ilə xx.xx.1981-ci ildə rəsmi qaydada nigaha daxil olmuşam. Birgə nigahdan xx.xx.1982-ci ildə X9 adlı bir övladımız dünyaya gəlmişdir. Qeyd etmək istəyirəm ki, qızım X9 doğulduqdan beş ay üç gündən sonra 25 may 1983-cü il tarixdə vəfat etmiş və qohumlarımızla birgə onu Xətai rayonu, Əhmədli kənd qəbirstanlığında dəfn etmişdik, onun qəbri nənəm Əzəmət Səmədovanın qəbrinin içində yerləşir. Hal-hazırda mərhum həyat yoldaşımın mülkiyyətində olan həyat yoldaşıma məxsus olan Lexus markalı RX 300 model olan ** LB *** nömrəli avtomaşın vərəsəlik qaydasında, övladlarımın razılığı ilə, mirası qəbul etmək istəyirəm. Bunun üçün qızım X5 ölüm faktının müəyyən edilməsi zəruridir. Hal-hazıradək ölüm haqqında şəhadətnamə (rəhmətə getmiş övladıma) almamışıq. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı "ASAN XİDMƏT" X1 xx.xx.2025-ci il tarixli 3-16-5/8-1xx-xx/2025 saylı məktubundan da görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X5 ölüm akt qeydi aşkar edilməmişdir. Hazırda mərhum həyat yoldaşıma məxsus olan Lexus markalı RX 300 model olan 10LB 998 nömrəli avtomobilin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Övladımın ölüm haqqında şəhadətnaməsi olmadığından biz vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmirik. Buna görə də məhkəmə qaydasında övladımın ölüm faktının müəyyən edilməsi zəruridir”. Sonda Ərizəçi ərizəsinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı "ASAN XİDMƏT" X4 məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, bununla belə, xx.xx.2025ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-5/7-222/2025 saylı məktubla işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1955-ci il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin böyük qardaşıdır, mərhum X9 onun qardaşı qızıdır, o, qardaşı ilə birlikdə Əhmədli kəndində bir həyətdə yaşayır, uşaq rəhmətə gedərkən 5-6 aylıq olmuşdur, uşaq xəstə doğulmuşdur, onu Əhmədli qəbiristanlığında basdırmışlar, müəyyən səbəblərdən onun dəfnində iştirak etməmişdir, lakin onun ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X7 şahid qismində iştirak edərək bildirdi ki, ərizəçinin əmisi qızıdır, ərizəçi 1981-ci ildə öz əmisi qızı ilə evlənmişdir, 1982-ci ildə isə ilk övladı X9 doğulmuşdur, uşaq evdə doğulmuşdur, zəif və xəstə idi, inkişaf etmirdi, rəhmətə gedəndə 5-6 aylıq idi, meyiti evdə yumuşlar və Əhmədli qəbiristanlığında nənəsinin yanında basdırmışlar, dəfnində iştirak etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi 6 saylı Bakı "ASAN XİDMƏT" X1 3-16-5/8- 1xx-xx/2025 saylı məktubundan görünür ki, X5 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2006-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslərlə bərabər xx.xx.1955-ci il təvəllüdlü X10 qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 410010 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İİ-JQ 455110№-li Nikahın bağlanması barədə Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi və xx.xx.1957-ci il təvəllüdlü X6 xx.xx.1981-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Səmədov, arvada Səmədova soyadı verilmişdir. İş materiallarında olan İX-JQ 293628№-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixli 77 saylı qeydiyyat aparılmışdır. Onun atası Ərizəçi, anası X3r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1982-ci il təvəllüdlü X9 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmiş, Əhmədli kənd qəbiristanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun atasıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri aşqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X5 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X5 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2849/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2849/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver