Məhkəmə qərarları › İş №2(011)-2861/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2861/2024

19.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2861/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 avqust 2023-cü il tarixli MŞB/8/2023-01675 saylı mediasiya sazişinin bir hissəsi yəni, 3-cü bəndində əsasən “Maraqlı şəxs 01 noyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat alimenti mənim bank hesabıma ödəməli, bundan başqa sazişin 4-cü bəndinə əsasən övladımız 01 noyabr 2018-ci il təvəllüdlü X3 ayda 4 (dörd) dəfə olmaqla hər həftənin şənbə və ya bazar günləri səhər saat 10:00-dan axşam saat 18:00dək ünsiyyətdə olmasına” dair hissədə təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Maraqlı şəxs ilə nikahlarını 22 noyabr 2017-ci il tarixdə rəsmi olaraq qeydiyyata aldırmışdır. Birgə nikahlarında 01 noyabr 2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nikahları Xətai Rayon Məhkəməsinin 07 noyabr 2023cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Övladı hal-hazırda ərizəçinin yanındadır. Ərizəçi ilə Maraqlı şəxs arasında 23 avqust 2023-cü il tarixli MŞB/8/2023-01675 saylı Mediasiya sazişi bağlanmışdır. Mediasiya sazişinin bir qismi icra olunsa da, bir qismini Maraqlı şəxs könüllü vaxtında icra etmir. Maraqlı şəxs mediasiya sazişini aliment və uşaqla ünsiyyət hissədə könüllü icra etmir. Belə ki, 23 avqust 2023-cü il tarixli MŞB/8/2023-01675 saylı Mediasiya sazişin 3-cü bəndində əsasən Maraqlı şəxs 01 noyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat alimenti ərizəçinin bank hesabına ödəməlidir, lakin Maraqlı şəxs öhdəliyini könüllü şəkildə Mediasiya sazişində yazıldığı kimi icra etmir. Bundan başqa sazişin 4-cü bəndinə əsasən övladı 01 noyabr 2018-ci il təvəllüdlü X4 ilə ayda 4 dəfə olmaqla hər həftənin şənbə və ya bazar günləri səhər saat 10:00-dan axşam saat 18:00dək ünsiyyətdə olmağı razılaşdırılsa da Maraqlı şəxs öhdəliyini pozaraq övladı ilə qeyd edilən vaxtdan uzun müddət, hətta yanında yatırtmaqla ünsiyyətdə olur, ona psixoloji təsir edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs birgə nikah münasibətlərindən 01 noyabr 2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 23 avqust 2023-cü il tarixli MŞB/8/2023-01675 saylı Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs birgə nikahdan anadan olmuş 01 noyabr 2018-ci il təvəllüdlü X1 üçün 01 sentyabr 2023-cü il tarixdən etibarən Ərizəçi hər növbəti ayın 10-dək 220 manat aliment ödəyəcəyinə dair öhdəlik götürmüş, birgə nikahdan anadan olmuş 01 noyabr 2018-ci il təvəllüdlü X4 ilə 01 sentyabr 2023-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla, hər həftənin şənbə və ya bazar günləri səhər saat 10:00-dan axşam saat 18:00dək (ananın iştirakı olmadan) ünsiyyətdə olmasına Ərizəçi şərait yaradacağına dair götürdüyü öhdəliklə razılaşmışdır. Lakin Maraqlı şəxs bağlanmış barışıq sazişinin 3-cü və 4-cü bəndlərində öz üzərinə götürdüyü öhdəliyi könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 23 avqust 2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 23 avqust 2023-cü il tarixli MŞB/8/2023- 01675 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarındakı qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Maraqlı şəxs 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 23 avqust 2023-cü il tarixli MŞB/8/2023- 01675 saylı Barışıq sazişinin 3-cü və 4-cü bəndləri aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Maraqlı şəxs birgə nikahdan anadan olmuş 01 noyabr 2018-ci il təvəllüdlü X1 üçün 01 sentyabr 2023-cü il tarixdən etibarən Ərizəçi hər növbəti ayın 10-dək 220 (iki yüz iyirmi) manat aliment ödəyəcək.

2. Maraqlı şəxs birgə nikahdan anadan olmuş 01 noyabr 2018-ci il təvəllüdlü X4 ilə 01 sentyabr 2023-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla, hər həftənin şənbə və ya bazar günləri səhər saat 10:00-dan axşam saat 18:00-dək (ananın iştirakı olmadan) ünsiyyətdə olmasına Ərizəçi şərait yaradacağına dair götürdüyü öhdəliklə razıdır.

Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar