Məhkəmə qərarları › İş №2(011)-2863/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2863/2024

09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2863/2024 09.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” X1 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü X11 xx.xx.2020-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatında sonra növbəti gün dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərizəçi 6 saylı Bakı “Asan Xidmət” X2 müraciət etmişdir, lakin mərhum qardaşının adına ölüm haqqında şəhadətnamə verilmədi. Ərizəçinin qardaşı faktiki olaraq vəfat etdiyinə baxmayaraq, onun ölümü müvafiq formada dövlət orqanı tərəfindən təsdiq edilməmiş olmaqdadır. Ölüm faktının təsdiq edilməsi məhruma ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1959-cu il tarixində anadan olmuşdur. İş materiallarında olan İ-ЗЖ seriyalı 206074 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1959-cü il tarixində doğulmuş, atası X12, anası X3r. İş materiallarında olan İ-ЗЖ seriyalı 707668 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində doğulmuş, atası X12, anası X3r. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2020-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2020-ci il tarixində X7 meyiti aşkar edilmişdir. İş materiallarında olan 07 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1- 1-41/2-V-42-6/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi qardaşının ölüm arayışının verilməsi məqsədi ilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin ölüm hadisəsinin üstündən uzun müddət keçməsi, eləcə də, X7 poliklinikaya hər hansı bir xəstəlik ilə əlaqədar son illərdə müraciət etməməsi səbəbi ilə ölüm haqqında tibbi şahadətnamənin 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət X1n xx.xx.2024-cü il tarixli 3-16-5/7-xx-xx/2024 nömrəli məktubundan görünür ki, şöbə tərəfindən X7 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Məhkəməyə təqdim edilmiş bir ədəd fotoşəkildə, X7 baş daşı əks edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında qeyd etmişdir ki, ərizəçi onun qaynıdır. O, ərizəçinin kiçik qardaşı X9 həyat yoldaşıdır. 2020-ci ilin 30 sentyabr tarixində hadisə baş verib. Həmin gün X7 təzyiqi qalxmışdır. Təcili yardım çağırılsa da, yardıma çatanadək Vəliyev Murad vəfat etmişdir. Hadisə yaşadıqları ünvanda, ünvan 1stanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında qeyd etmişdir ki, o, Ərizəçi anasının dayısı oğludur. X11 2020-ci ildə vəfat etmişdir. Onun şəkər xəstəsi olduğunu bilirdi. Mərhum Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi 23 ünvanında yaşayırdı. Müharibə zamanı idi, o, döyüşə gedirdi, ailəsi ilə əlaqə saxladığı zamanı ona dedilər ki, Vəliyev Murad vəfat edib. O, müharibədə iştirak etdiyinə görə dəfndə iştirak edə bilməmişdir. Vəliyev Murad Bakı şəhərində dəfn edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X11 xx.xx.2020ci il tarixində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar