Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2890/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum atası 05 fevral 1958-ci il təvəllüdlü X4 07 fevral 2025-ci il tarixdə qəflətən vəfat etmiş, vəfatından sonra dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. X1 faktiki olaraq vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, atası 05 fevral 1958-ci il təvəllüdlü X1 07 fevral 2025ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi sonradan məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, mərhum atası X1 Bakı şəhərində ölməsi faktının müəyyən etmək istəməyinin səbəbi hal-hazırda ailəsi ilə birlikdə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, 15-ci mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə çıxarışın alınması üçün müraciət etmək və həmçinin qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin alınmasıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 09439656 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 05 fevral 1958-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan XVİ-ЖГ seriyalı, 427723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş 14 fevral 2025-ci il tarixli, 99 nömrəli arayışdan görünür ki, onun mərhum atası X4 07 fevral 2025-ci il tarixdə vəfat etmiş və 08 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş 10 fevral 2025-ci il tarixli 3-165/7-15-162/2025 nömrəli məktubdan görünür ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun atası- X1 ölümünün qeydə alınması ilə bağlı 10 fevral 2025-ci il tarixli müraciətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır”. Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır”. Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X8 6 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 18-1-1-40/3-56/2025 saylı arayışdan görünür ki, Xətai rayonu 6 nömrəli şəhər poliklinikasının rəhbərliyi “Ölüm haqqında tibbi şəhadətnamə” nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 52 nömrəli əmrinə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan mərhum 05 fevral 1958-ci il təvəllüdlü X2 ölüm hadisəsi ünvandan kənarda baş verdiyi üçün ölüm haqqında sənəd (forma 106) verilə bilməmişdir. İş materiallarında olan qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, X4 27 yanvar 1958-ci il tarixdə anadan olmuş, 07 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 05 fevral 1958-ci il təvəllüdlü X1 07 fevral 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 05 fevral 1958-ci il təvəllüdlü X1 07 fevral 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2890/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2890/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver