Məhkəmə qərarları › İş №2(011)-2898/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2898/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2898/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı Şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi xx.xx.1943-cü il tarixində anadan olmuş atası X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası xx.xx.1943-ci il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası X8 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan AZE seriyalı 04337580 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1943-ci il tarixdə Ağdam rayonu, Mirəşəlli kəndində anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1974-cü ildə anadan olmuş, onun atası X8, anası isə Talıbova Bəsdidir. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyasının xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 2 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2025-ci il tarixində X3 meyiti aşkar edilmişdir. İş materiallarında olan 38 nömrəli Şəhər Poliklinikasının 23 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 poliklinikaya ölümə səbəb xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-15-X- 15-142 saylı məktubundan görünür ki, X8 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı xahiş olunmuşdur. Zığ bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 28 saylı arayışına əsasən, X1 atası X8 həqiqətəndə xx.xx.2025-cü il tarixində Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun xalası qızıdır. Dekabr ayının 11-i Cəlil Talıbovu həkimə aparıblar, çünki bir tərəfi yaxşı işləmirdi. Ondan sonra evdə müalicə alırdı. Təcili yardım çağırmışdılar, lakin poliklinikaya müraciət etməmişdilər. Yanvarın 19-u gecə Bakı şəhərində, Zığ yolu 2 ünvanında rəhmətə gedib. Öləndən sonra Dədə Qorqud qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun qonşusudur. Özü 11 ildir Bakı şəhərində, Zığ yolu 2 ünvanında yerləşən 74 saylı mənzildə yaşayır. X9 tanıyırdı. 2 ay yarım əvvəl öz evində rəhmətə getdiyini və rəhmətə gedində orada olduğunu bildirmişdir. Axır vaxtlar Cəlil Talıbov həstə idi, ona görə də rəhmətə gedib. O günü yoldaşı ilə qonşularına gediblər. Mərhum sonra Dədə Qorqud qəbirsanlığında dəfn olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2025-cı il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1943-cü il tarixində Ağdam rayonu, Mirəşəlli kəndində anadan olmuş X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar