Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2914/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi X5 Maraqlı şəxs X3 iştirakı ilə Ərizəçi X5 maraqlı şəxs X4 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi X10 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ila bağlanan ış MŞB/8/2023-01989 saylı xx.xx.2023-cü il tarixli "Barışıq Sazişi"-nin məcburi icrası üçün həmin Sazişin məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi X1 Şahin Məhəmməd oğlu ilə rəsmi nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşma çatana kimi saxlanması üçün Maraqlı şəxs Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-01080 saylı xx.xx.2023-cü il tarixli "Barışıq Sazişi" əsasən xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-a dək əmək haqqısının və başqa gəlirlərinin 50% -i hissəsində alimenti ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs bu günə kimi sazişin heç bir şərtləri yerinə yetirməmişdir. Məhkəmə iclasında ərizəçi X10 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X6 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər X10 ilə X6 arasında bağlanmış 8 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X14 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2-ci maddəsində qeyd olunmuş barışığın şərtlərindən görünür ki, birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək əmək haqqısının və başqa gəlirlərinin 50% (əlli faizi) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır, Birinci tərəf Ərizəçi İkinci tərəf Maraqlı şəxs hazırki Barışıq sazişini icra olunması məqsədilə iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır, Birinci tərəf Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir, İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır, İkinci tərəf Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün Birinci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək əmək haqqısının və başqa gəlirlərinin 50% (əlli faizi) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür, bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür, İkinci tərəf Maraqlı şəxs hazırkı Barışıq sazişini icra olunması məqsədilə iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür, İkinci tərəf Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir, öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 ilə maraqlı şəxs X6 arasında xx.xx.2023-cü il tarixində barışıq sazışı imzalanmışdır. Lakin, X2 üzrə öhdəliklərini yerinə yetirməmiş, sazişdə uşağın saxlanılması üçün müəyyən edilmiş məbləğdə alimenti ərizəçiyə ödəməmişdir. Bu hal işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göründüyü kimi, uşağın saxlanması üçün valideynlərin birindən digərinin xeyrinə aliment tutulması barədə onlar arasında barışıq sazişi bağlana bilər, barışıq sazişi könüllü icra edilmədikdə isə, həmin barışıq sazişinin təsdiq edilməsi barədə maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs X6 barışıq sazişi üzrə artıq ödənilmiş alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X17 ilə maraqlı şəxs X6 arasında xx.xx.2023-cü il tarixdə 8 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək əmək haqqısının və başqa gəlirlərinin 50% (əlli faizi) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 1.2. Birinci tərəf: Ərizəçi İkinci tərəf Maraqlı şəxs hazırki Barışıq sazişini icra olunması məqsədilə iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 1.3. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir.
2. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəf Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün üçün Birinci tərəf Ərizəçi xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək əmək haqqısının və başqa gəlirlərinin 50% (əlli faizi) hissəsində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 2.1.İkinci tərəf: Maraqlı şəxs hazırkı Barışıq sazişini icra olunması məqsədilə iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öz üzərinə öhdəlik götürür. 2.2.İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Sahibə Hacıyeva