Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2960/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1945-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixində dünyasını dəyişmişdir. Mərhum dünyasını dəyişmədən öncə, vəziyyəti ağırlaşdığı zaman dərhal Təcili və X3 çağrılmış, xəstənin ümumi vəziyyəti bardə xəbərdarlıq edilmişdir. Təcili və X4 Stansiyası gəldikdə mərhum artıq dünyasını dəyişmişdi. Buna görədə Təcili və X4 Stansiyasının 7 saylı təcili yardım briqadası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi qeyd edir ki, yaxın qohumların iştirakı ilə mərhum Hövsan qəsəbəsi, Quşçuluq yaşayış sahəsi qəbirstanlığında dəfn edilmişdir. Həmin qəbirstanlığdan arayış və foto-şəkilləri ərizəyə əlavə edilmişdir. Ərizəçi mərhumun dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Ərizəçinin qeydinə əsasən, ilk öncə ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədlərin, ölüm haqqında tibbi şəhadətnamənin Bakı Baş səhiyyə Mərkəzi 7 nömrəli şəhər Poliklinikası tərəfindən təqdim edilməsini xahiş edilsədə, Poliklinika tərəfindən həmin sənədin (Forma 106) verilməsindən imtina edilmişdir. Bundan sonra, ərizəçi xx.xx.1945-ci il təvəllüdlü mərhum şəxs X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhəri 6 saylı Asan Xidmət Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin müraciətdə mərhumun ölüm haqqında şəhadətnaməsinin verilməsindən xx.xx.2022-ci il tarixli 05/Q-433/15 saylı məktubla imtina edilmişdir. İmtina məktubunda sözügüdən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraicət olunması tövsiyə olunmuşdur. Ərizəçi qeyd edir ki, mərhum atası xx.xx.1945-ci il təvəllüdlü X5 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirilməsi mümkün deyildir, ona görə də xx.xx.1945-ci il təvəllüdlü X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 06024356 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1945-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. İş materiallarında olan Хİİ-ЖГ № 368156 saylı, xx.xx.1988 il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası Nəsirova Sayat-Xanım Hüseyn qızıdır. İş materiallarında olan Bakı Şəhəri Təcili və X4 Stansiyasının 7 saylı bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən olunmuşdur ki, X5 yaşadığı ünvan 1 ünvanında Təcili və X4 gələnə qədər dünyasını dəyişmişdir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin 511 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və xx.xx.2022-ci il tarixində Hövsan qəsəbəsi Quşçuluq y/s sahəsi qəbristanlığında dəfn olunmuşdur. Bakı Şəhəri 7 nömrəli Şəhər Poliklinikasının 232 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən X2 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 05/Q-433/15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsirova Sayat-Xanım Hüseyn qızı izahatında qeyd etmişdir ki, o, mərhum X2 həyat yoldaşıdır. Mərhum əri X5 qaraciyər serrozundan əziyyət çəkirdi. 18 mart 2022-ci il tarixində vəziyyəti pisləşib, onlar da təcili yardım çağırıblar. X1 təcili yardım gələndə artıq rəhmətə getmişdi. Mərhumu 18 mart 2022-ci il tarixdə Hövsan qəsəbəsi Quşçuluq y/s sahəsi qəbristanlığında dəfn ediblər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X2 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1945-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş X2 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2960/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2960/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver