Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2967/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında Bakı 9 saylı mediasiya təşkilatında mediasiya reyestrində MŞB/9/2024-00118 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X6 iştirakı ilə bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2016-cı il təvəllüdlü qızı X7 və xx.xx.2018-ci il təvəllüdlü qızı X1 üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat sabit məbləğdə alimentin tutularaq o Ərizəçi verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, keçmiş həyat yoldaşı Maraqlı şəxs2 ilə rəsmi qaydada xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşaqları - xx.xx.2016cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X12 doğulmuşdur. Keçmiş həyat yoldaşı Maraqlı şəxs2 bir müddət mehriban yaşamışlar, lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa insanlar olduğunu sübut etmişdir. Onların ayrılmasının əsas səbəbi tamamilə əks xarakterli insanlar olmaqlarıdır. Ərizəçi ailəsinin dağılmasını istəməmiş, ancaq bir yerdə yaşamaqları da qeyri-mümkün olmuşdur. Hal-hazırda ayrılmışlar. Onun Maraqlı şəxs2 ilə heç bir əlaqəsi qalmamışdır. Ərizəçi 2022-ci ildə cavabdeh Maraqlı şəxs2 qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə nikahın ləğvinə dair iddia ərizəsi ilə müraciət etmiş, iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4951/2022 saylı qətnaməsi ilə təmin edilərək cavabdehlə aralarında olan nikah pozulmuşdur. Ərizəçi uşaqlarının tələbatını ödəməyə çətinlik çəkir. O bir ana kimi onların arzusunu həyata keçirə bilmir. Cavabdehin isə imkanı çatır ki, aliment ödəsin. Buna görə də aliment tələbi ilə bağlı Əliyeva X5 Şurasına müraciət etmişdir. Əliyev X4 gələrək aliment verməyə razılıq vermişdir. Mediasiya haqqında “AR Qanunun 33-cü maddəsinə əsasən” X11 bağlayaraq azyaşlı uşaqlarının saxlanılması üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat sabit məbləğdə alimentin ödəməyə razılıq vermişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişində uşaqları üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində alimentin anaya verilməsi barədə məhkəmədən kənar öhdəlik götürməsinə, həmin tarixdən bir müddət keçməsinə baxmayaraq, bu günə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində barışıq sazişinin könüllü icrasından imtina edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında 9 saylı mediasiya təşkilatında mediasiya reyestrində MŞB/9/2024-00118 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X6 iştirakı ilə bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 fevral 2024-cü il tarixli, MŞB/9/2024-00118 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs2 və mediator X10 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs2 övladları X7, X3 üçün hər ay hər uşağa görə 150, ümumilikdə 300 manat alimenti birinci tərəf ödəmək barədə razılığa gəlmişdir. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs2 və mediator X10 arasında mediasiya prosesi 05 fevral 2024-cü il tarixli, MŞB/9/2024-00118 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs2 Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150, ümumilikdə 300 manat sabit pul məbləğində aliment ödəyəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs2 və mediator X10 arasında mediasiya prosesi nəticəsində 05 fevral 2024-cü il tarixli, MŞB/9/2024-00118 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs2 və mediator X10 arasında mediasiya prosesi nəticəsində 05 fevral 2024-cü il tarixli, MŞB/9/2024-00118 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1 "İkinci tərəf" Maraqlı şəxs2 övladları xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 150 manat, ümumilikdə 300 manat alimenti birinci tərəf Ərizəçi ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimununa uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. 2 "İkinci tərəf" Maraqlı şəxs2 alimenti hər ay birinci tərəf Ərizəçi bank hesabı yaxud Poçt vasitəsi ilə köçürəcək. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2967/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2967/2024
23.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver