Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2977/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ildə anadan olmuş bacısı X1 xx.xx.2002-ci ildə vəfat etməsi faktının və xx.xx.1977-ci ildə anadan olmuş qardaşı X5 xx.xx.2000-ci ildə vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəməyə izahatında bildirdi ki, xx.xx.1975-ci ildə anadan olmuş bacısı X6 xx.xx.2002-ci ildə vəfat etmişdir və xx.xx.1977ci ildə anadan olmuş qardaşı X11 xx.xx.2000-ci ildə vəfat etmişdir, anası X4 əslən Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikasının, Dərbənd rayonunun Padar kəndindən olduğu üçün qardaşı və bacısı Dərbənd rayonunun Padar kəndində vəfat etmiş və orada kənd qəbiristanlığında dəfn edilmişlər, bacısı X6 və qardaşı X11 evdə vəfat etmişdir və onlar xəstəxanada vəfat etmədiyi üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni əldə etmək mümkün olmamışdır və bu səbəbdən AR Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən bacısı və qardaşının ölümünü qeydiyyata almaqdan imtina edilmişdir və bu barədə 153 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir, beləliklə bacısı və qardaşının ölüm faktının məhkəmə qərarı əsasında müəyyən edilməsi zəruridir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə müraciət edərək, mülki işə işin çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir, məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1954-cü il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, qızı 6 ay gəlin olub, İ Qarabağ müharibəsindən sonra, avqustun ortaları 2000-ci ildə oğlu ölüb, 2002-ci ildə qızı rəhmətə gedib, daimi köçüb orda yaşamaq istədiyinə görə oğlunu aparıb orda dəfn ediblər, oğlunu iyulda aparıblar, avqustda isə vəfat edib. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1953-cü il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, doğma qardaşı oğlu və qızıdır, ikisi də xəstələnib, birinci İlham rəhmətə gedib, daha sonra Xalidə burda rəhmətə gedib, hər ikisi Dağıstanda dəfn olunub. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1958-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, Xalidə Ələtdə rəhmətə gedib, su idarəsi xəstəxanasında müalicə alırdı, İlhamı da apardılar orda rəhmətə getdi, Dağıstanda da dəfn etdilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X10 və X8 aid ölüm haqqında şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan AZ-İ 512708 №-li ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X6 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olub, xx.xx.2000-ci il tarixdən Qaradağ rayonu Ələt PR.-da qeydiyyatda olub. İş materiallarında olan DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X13 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olub, xx.xx.1994-cü il tarixdən Bakı şəhəri, Xətai rayonunda qeydiyyatda olub. İş materiallarında olan XXİV-ЖГ 514478 seriyalı 13 avqust 1991-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, İcraiyyə komitəsi, X20 tərəfindən verilmiş SSRİ Pasportundan görünür ki, X6 02 mart 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, xx.xx.2000-ci il tarixində Ələt qəsəbəsi, Hərbi şəhərciyi, ev 192 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan XXVİ-ЖГ 548314 seriyalı 01 iyul 1994-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, 34-cü Polis bölməsi tərəfindən verilmiş SSSR Pasportundan görünür ki, X11 30 oktyabr 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, xx.xx.1994-cü il tarixində 4-cü Rezervuar ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1975-ci ildə anadan olmuş X6 xx.xx.2002-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhəri, xx.xx.1997-ci ildə anadan olmuş X11 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etmişdir, onların ölüm faktlarını təsdiq edən lazımi sənədlərin rəsmi qaydada alınması mümkün olmamışdır, ərizəçi hər iki mərhumun qardaşıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü X6 xx.xx.2002-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində, xx.xx.1997-ci ildə anadan olmuş X11 xx.xx.2000-ci ildə Bakı şəhərində, ev şəraitində ölüm faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2002-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində və xx.xx.1997-ci ildə anadan olmuş X3 xx.xx.2000-ci ildə Bakı şəhərində ev şəraitində ölüm faktları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2977/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2977/2023
14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver